Sosial / Slayd (19-02-2016, 17:17)
İş adamı ilə idarə rəsinin iş birliyindən...: Bakı Baş Gömrük İdarəsində köhnə-yeni qaydalar
Hacı İbrahim Nehrəmli gömrük vergisindən necə və kimlərin yardımı ilə yayınıb?
Qalmaqallı iş adamı, Azərbaycan Beynəlxalq Bankından milyonlarla kredit götürüb qaytarmamış və buna görə də ölkədən çıxışına qadağa qoyulmuş “kredit oliqarx”ı Hacı İbrahim Nehrəmlidən daha bir xəbər var. Redaksiyamıza daxil olan budəfəki məlumatda Hacının Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri ilə ilginc əlaqələrindən bəhs olunur.
Hacı İbrahim Nehrəmlidən əmək haqqlarını bu günə kimi ala bilməyən “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sabiq əməkdaşlarınınxeberinfo.com-a verdiyi bilgiyə görə, “kredit oliqarx”ı 2013-2014-cü illərdə İrandan idxal etdiyi qraniti kütləvi şəkildə gömrük vergisindən yayındırbmış. Bu işdə isə ona Bakı Baş Gömrük İdarəsinin rəisi, Hacı İbrahim Nehrəmlinin həmyerlisi Vüsal Novruzov yardımçı olub. “Avesta Konserni” MMC-nin sabiq əməkdaşlarının bildirdiyinə görə, İrandan idxal olunan qranitin gömrük rəsmiləşdirilmələri zamanı Hacı İbrahim Nehrəmli ilə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov arasındakı iş birliyinin nəticəsi olaraq dövlətə küllü miqdarda zərər dəyib. Belə ki, dövlət büdcəsinə ödənməli olan idxal vergisinin və Əlavə Dəyər Vergisinin (ƏDV) çox cüzi bir hissəsi ödənilib. Vüsal Novruzovun himayəsi sayəsində Hacı İbrahim küllü miqdarda pulu büdcədən yayındıra bilib.
Məlumata görə gömrük rəsmiləşdirməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin müfəttişləri dəfələrlə bu vəziyyətə etiraz edib, əməliyyatı dayandırmaq istəyiblər. “Avesta Konserni” MMC-nin sabiq əməkdaşları bildirirlər ki, belə zamanlarda Hacı İbrahim Nehrəmli dərhal Vüsal Novruzovun köməkçisi Elnur adlı şəxsə zəng edirdi, o isə inadkar müfəttişləri gömrük rəsmiləşdirmələrini həyata keçirməyə məcbur edirdi. Hacı İbrahim Nehrəmli tərəfindən əmək hüquqları pozulan bu şəxslər bildirirlər ki, “kredit oliqarx”ı ilə Bakı Baş Gömrük İdarəsinin rəisi arasındakı münasibətlər təsadüf deyil.
Birincisi, onlar həmyerli və qohumdurlar. İkincisi, ən önəmlisi isə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Növruzovun atası ilə Hacı İbrahim Nehrəmli arasında iş birliyi mövcud idi. Belə ki, Vüsal Novruzovun atası Zeynal Novruzova məxsus şirkət Hacı İbrahim Nehrəmlinin obyektlərində müəyyən işlər görüb və buna görə də ona həmişə şişirdilmiş qiymətlərlə pul ödənilib. Zeynal Novruzovun şirkətinin gördüyü işin qiymətini şişirtdiyinin üstü dəfələrlə açılsa da, Hacı İbrahim Nehrəmli buna baxmayaraq həmin vəsaiti ödəməkdən çəkinməyib. Bununla bağlı şirkət əməkdaşlarının suallarına isə “eybi yox, Vüsalla hesablaşanda biz də ona az ödəyərik”cavabını verib. Beləliklə də, Vüsal Novruzov atasının cibinə gedən pula görə Hacı İbrahim Nehrəmlinin idxal əməliyyatları zamanı vergidən yayınmasına “yaşıl işıq yandırıb”. Bunun nəticəsində də küllü miqdarda pul dövlət büdcəsindən yayınaraq, Hacı İbrahim Nehrəmli, Vüsal Novruzov və onun atası Zeynal Novruzovun cibinə gedib.
“Avesta Konserni” MMC-nin əməkdaşları bildirirlər ki, əgər hüquq-mühafizə orqanları İrandan idxal edilən qranitlə bağlı gömrük sənədləşdirmələrini yoxlasalar, o zaman Hacı İbrahim Nehrəmlinin Vüsal Novruzovun yardımı ilə vergidən necə yayınması tam məlum olacaq. Əgər həmin gömrük rəsmiləşdirmələrini həyata keçirən gömrük müfəttişləri istintaqa cəlb olunsa bu prosesdə Vüsal Növruzovun köməkçisi Elnurun da hansı rol oynadığına aydınlıq gətirilə bilər...
Bu iddialarla bağlı Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun köməkçiis Elnur müəllimlə telefon əlaqəsi yarada bildik. Elnur müəllimdən heç bir sualımıza cavab ala bilmədik. Anlaşılmaz “cavab”ları sırasında daha çox təkrar etdiyi bu idi: “Allah canınızı sağ eləsin, nə istəyirsiniz yazın”(?)
P.S. Ötən il bu illə müqayisədə eyni adda və eyni çəkidə olan mala görə Bakı Baş Gömrük İdarəsində niyə üç dəfə az vergi alınıb? Cənab prezidentin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra üzə çıxan bu faktlar nədən xəbər verir? Vüsal Novruzovun köməkçisi Elnur müəllim gömrük sistemində hansı əməllərinə görə, hansı adla tanınır?
Qarşıdakı günlərdə bu sualları cavablandırmaqla mövzunu davam etdirəcəyik.
Xeberinfo.com