Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (15-05-2017, 15:28)
KƏRƏM HƏSƏNOVA QARŞI QARAYAXMA KAMPANİYASI UĞURSUZLUĞA MƏHKUMDUR

 

Məlum olduğu kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə qarşı irəli sürülən ittihamlardan biri də ləğv olunmuş MTN-nin əməkdaşı olmuş polkovnik Malik Mustafayevi özünü öldürmə həddinə çatdırması ilə bağlı idi. Mərhum polkovnik Malik Mustafayevin qardaşı Mətləb Mustafayev MTN-nin Antiterror Mərkəzi tərəfindən həbsə alınmasını, özünün MTN-də işgəncələrə, ailəsinin isə təhdidlərə məruz qalmasını, həmçinin qardaşının intihara sürüklənməsini ƏMDK sədri Kərəm Həsənovun sifarişi ilə əlaqələndirmişdi. O, istintaqa ifadəsində sifarişçi kimi məhz Komitə sədrinin adını söyləmiş və bunun səbəbi kimi guya 2011-ci ilin oktyabr ayınadək çalışdığı ƏMDK-nin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən qanunsuz olaraq işdən çıxarıldığı üçün Komitə sədri Kərəm Həsənovla həm hüquqi müstəvidə mübarizə aparması, həm də özəlləşdirmədə baş verən, özünün  "ciddi qanunsuzluqlar" hesab elədiyi halları bəzi "qara qüvvələrə xidmət edən KİV"-də ictimailəşdirməsini göstərmişdi.

Mətləb Mustafayev, həbs edildikdən sonra, Elçin Quliyevin ondan məhz Kərəm Həsənovun sifarişi ilə general Əli Nağıyev və qardaşı Vəli Nağıyev haqqında böhtan xarakterli ifadələr verməsini tələb etdiyini bildirmişdi. Guya bu zaman əsas kimi qardaşı, mərhum Malik Mustafayevin general Əli Nağıyevlə tanışlığı (vaxtilə MTN-də bir yerdə çalışıblar-red.) götürülüb.

Qəribədir, deyilmi? Tutaq ki, Kərəm Həsənov tərəfindən belə bir sifariş verilibmiş. Hələ keçmiş MTN-nin necə deyərlər, "qılıncının dalının da, qabağının da kəsdiyi 2014-cü ildə Mətləb Mustafayevi həbsə atmağa yetəcək qədər iqtidarlı olan general-mayor Elçin Quliyev ona məhz kimin sifarişi ilə tutması barədə hesabat verməliydi ki? Bu yerdə xatırlatmağa dəyər ki, MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş general-mayor Elçin Quliyev və onun müavini İlqar Əliyev istintaqa ifadələrində Kərəm Həsənovun sifarişi ilə hərəkət etdiklərinə dair iddiaları qəbul etməyiblər. Onlar Kərəm Həsənovla nəinki yaxın münasibətlərinin, hətta şəxsi tanışlıqlarının olmadığını bildiriblər.Kərəm Həsənovun adının belə adamlarla yanaşı çəkilməsi absurd bir fikirdir. Bu mövzuda KİV-də gedən məqalələrə yazılmış oxucu rəylərində də bildirilir ki, cənab Kərəm Həsənov və Əli Nağıyev ölkə başçısına sadiq, dövlətçiliyə xidmət edən insanlardır. Məlum məsələdir ki, bu sayaq dezinformasiyalar onları nüfuzdan salmağa,münasibətlərini sarsıdaraq aralarını vurmağa yönəlmiş və Kərəm Həsənovun dövlətimiz qarşısında xidmətlərinə kölgə salmağa yönəlmiş kampaniyadır.

  Cənab Kərəm Həsənovun dövlətə, dövlətçiliyi necə xidmət etməsi isə onun rəhbərlik etdiyi qurumun öz vəzifəsinin öhdəsindən layiqincə gəlməsi ilə düz mütənasibdir. Həmin təqdirəlayiq işlərin sırasına göz ataq:

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi torpaq münasibətlərində yeni çağırışlar gündəmə gəlmiş, torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələlər daha da aktuallaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması və digər məsələlərin həlli nəzərdə tutulur. Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi həyata keçirilmişdir. Daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər hazırda “bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur. Bu isə, öz növbəsində sənədləşdirmə prosesində optimallıq, çeviklik və rahatlığın kifayət qədər artmasını təmin etmişdir. Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın reytinq cədvəlində üzrə ilk yerlərdə qərarlaşıb. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etməkdədir.Keçən  ildən başlayaraq respublikada vətəndaşlara və əmlak sahiblərinə daşınmaz əmlakın qeydiyyatı sahəsində geniş hüquqi məsləhət xidmətləri göstərilir. Fiziki və hüquqi şəxslərə daşınmaz əmlakın fərdi və kütləvi qiymətləndirilməsi xidmətini yüksək səviyyədə həyata keçrilir.  

  Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd dövlət əmlakının özəlləşdirilməsində yerli və xarici investorların geniş iştirakına şəraitin yaradılması,özəlləçdirmədən gələn gəlirlərin dövlət büdcəsinə yönəlməsi və əmlakın bazar dəyərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında təkliflər, eyni zamanda “Özəlləşmə portalı”, müəssisələr haqqında məlumat profilləri hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılmışdır.İctimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən Apellyasiya Şurasında müraciətlərə aidiyyəti üzrə baxılır, mahiyyəti üzrə cavablandırıldıqdan sonra bu barədə müraciətçiyə məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov rayonlarda qrafikə uyğun olaraq regional vətəndaş qəbulu keçirir. Komitə sədri qəbullar zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətləri, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələləri dinləyir.

Komitə sədrinin dərhal verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər qəbul günü həllini tapır. Bəzi vətəndaş müraciətləri araşdırma tələb etdiyi üçün qeydiyyata alınır və nəticəsi barədə məlumat veriləcəyi vətəndaşlara bildirilir. Sosial layihə olan «Kütləvi çıxarış» kampaniyası və mobil ofis xidmətləri komitənin qeydiyyat xidmətlərini bir başa ünvanlarda, iş yerlərində əhaliyə çatdıraraq onları daha rahat şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Komitə sədri Kərəm Həsənov müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verir. Komitənin elektron xidmətlərinə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının səmərəli idarə edilməsi, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar, dövlət əmlakının icarəsi ilə bağlı interaktiv və informativ xidmətlər daxildir. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb.Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracların elektron müstəviyə keçirilməsi ilə bağlı da tədbirlər görülür. Elektron hərracın yaradılmasında məqsəd özəlləşdirmə ilə bağlı keçirilən hərraclarda şəffaflığın daha da artırılması, məkan məhdudiyyətini aradan qaldırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsidir.Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Sadaladıqlarımız cənab Kərəm Həsənovun rəhbərlik etdiyi ƏMDK-nin fəaliyyətinin kiçik  bir hissəsidir. Apardığımız sorğular və araşdırmalar göstərir ki son 10 ildə ƏMDK-nin fəaliyyətindən vətəndaşların narazılığı demək olar ki yox səviyyəsindədir. Ümumiyyətlə, qeyd edilən faktlar onu göstərir ki, ölkədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi fəaliyyətini kifayət qədər yüksək və beynəlxalq standartlar səviyyəsinə uyğun şəkildə qurulmuşdur ki, bu da vətəndaşların rahatlığına, iqtisadiyyatın davamlı və dinamik inkişafına  xidmət edir. Şübhəsiz ki, ölkənin Əmlak Məsələlərinin belə yüksək keyfiyyətli qurulmasında Komitə Sədri cənab Kərəm  Həsənov xidmətləri böyükdir. 

   Əfqan Bəhluloğlu

Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024