Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (5-05-2017, 19:16)
"Bir neçə il də Rövşən Bağırov bu rayona rəhbərlik etsə..." - "...rayon xarabalığa çevriləcək"

“Azərbaycanın ən ucqar və doğurdan cənnət məkan dağ rayonlarından biri olan Lerikdə sosial vəziyyət elə bir haldadır ki, bunu sözlə ifadə eləmək mümkün deyil. Bakıda oturan hakimiyyət nümayəndələri Lerikin, leriklilərin dərdindən və problemlərindən xəbərsizdirlər, ancaq öz dərd və problemlərindən artıq bu rayonda qalmaq istəmirlər və bu üzdəndə rayon demək olar ki, boşalıb. Bunu rayona gələn hər kəs hiss edir”.

Bu sözlər bir qrup lerikli tərəfindən saytımıza ünvanlanan müraciətdə qeyd olunub. Qeyd edək ki, müraciəti resaytımıza məlum səbədən adını açıqlamadığımız bir lerikli tərəfindən təqdim olunub. Həmin şəxs bildirir ki, Lerik İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayondan Bakıya ünvanlanan şikayət məktublarını məhv etdiyinə görə özü müraciəti şəxsən təqdim etməyə qərar verib. Həmin şəxs bildirir ki, dəfələrlə onların kəndindən onlarla insan Azərbaycan prezidenti İlham Əliyevə, I Vitse-prezident Mehriban xanıma və digər vəzifəli şəxslərə ünvanlanan şikayayətlər ünvanına çatmayıb. Lerikdə hamı bilir ki, Rövşən Bağırov rayon poçtunun müdirinə qəti olaraq iapşırıb ki, Lerikdən heç bir şikayət Bakıya gedib çatmamalıdı.

“Lerik bir bataqlıqdır”

Bizimlə söhbətində müsahibimiz bildirdi ki, Lerik bir bataqlıqdır: “Bu rayonda hər bir sahə bərbad gündədir.Yol, işıq, qaz, kənd təsərrüfatı, təhsil, səhiyyə,nin vəziyyətini görən hər kəs düşünər ki, Lerik kəndlərində hələ 19 əsrdir. Ya da 20-ci illərin 30-cu illəri. Lənkərandan Lerikə doğru getdikcə, problemlər də öz-özünü biruzə verir, şaxələnir. Demək olar ki, Lerikin yolları bu rayonun nə qədər bərbad vəziyyyətdə olduğunu açıq şəkildə göstərir. Derikə çatdıqda isə bu cənnət məkanın cəhənnəmə çevrildiyini hər kəs görür. Ən azından leriklilər özlərini qətiyyən özlərini cənnətməkanda deyil, cəhənnəmdəki kimi hiss edirlər. Yəqin ki, Lerikin icra başçısı Rövşən Bağırovüçün, başçının birinci müavini Cəlil Baxşıyev üçün, Durikin deputatı İqbal Məmmədov üçün Lerik cənnətdir. Amma leriklilər üçün deyil. Çünki leriklilər burda feodalizm dövründə yaşadıqlarını düüşünürlər və leriklilərin bütün haqq və hüqüqları, həmçinin Lerikdə var olan hər şeyin yuxarıda adı keçən üç vəzifəli şəxsə aid olması qənaətindədirlər.

Rövşən Bağırovn kəndxudası - Cəlil müəllim

Lerikin kəndlərindəki sovet dönəmindən qalan məktəbləri, xəstəxanaları, klubları, kitabxanaları, hətta seçki məntəqələrini görən hər kəs dorğurdan 21-ci əsrdə yaşadını ağlının ucundan belə keçirə bilmir. Çünki ortada olan mənzərədə 21-ci əsr qətiyyən görünmür.

Saytımıza daxil olan müraciətdə bildirilir ki,Rövşən Bağırov rayonun butun udarəetməsini birinci müavini Cəlil Baxşıyevə verib. Yəni faktiki olaraq Baxşıyev özünü Lerikin kəndxudası hesab olunur və leriklilər də Lerikin külli-ixtiyar sahibi olan Cəlil müəllimi başçının kəndxudası kimi tanıyırlar. Çünki rayonda əsas söz sahibi Cəlil Baxşıyevdir. Rayonun ən gəlirli bznes sahəlri onun nəzarətindədir. Rayonda at oynadan və dövranlarını sürənlər də Baxşıyevin qohumlarıdır. Lerikin Zuvand bölgəsində Cəlil Baxşıyevin “9 qardaş” adlı istirahət mərkəzi tikib. İstirahət mərkəzini oğlu Ruslan Baxşıyev işlədir. Maraqlıdır işsizliyin tuğyan etdiyi Lerikdə Cəlil Baxşıyevin usaqları və yaxın qohuçmları bhizneslə məşğul olurlar, həm də adları dövlət işində kecir. Müsahibimiz bildirir ki, buna onlarla sübut var.

İqbal Məmmədovun darğası - Mübariz Ağayev

Müsahimiz bildirir ki, əslində Lerik başçı Rövşən Bağırovla deputat İqbal Məmmədov arasında bölüşdürülüb və bu ikisi nüfuz dairələrinin sərhədlərini çoxdan ayırıblar. Elə ona görə də Lerikdə Cəlil Baxşıyevdən sonra ikinci söz sahibi Lerikin Mərkəzi Xəstəxanının baş həkimi Mübariz Ağayevdir. Mübariz Ağayev deputat İqbal Məmmədovun yaxın adamı kimi tanınır. Və rayon səhiyyəsinə adi baxış keçirdikdə bu şəxsin nə qədər korrupysiyaya bulaşdığı özü-özünə aydın olur. Yəni görünən kəndə bələdçi olmadığına görə, rayon Mərkəzi Xəstəxanasına uzaqdan baxıldıqda belə səhiyyətin vəziyyətinin nə qədər bərbad olduğunu görmək mümküt olur. Kənd xəstəxanalarından və ambulatoriyaların vəziyyətindən isə danışmağa dəyməz. Buna baxmayraraq Mübariz Ağayevin özünün və yaxınların maddi durumu uzaqdan gəl-gəl deməkdədir və göz qamaşdırır.

Bütün tenderləri Mübariz Ağayevin və Cəlil Baxşıyevin şirkətləri qazanır

Lerikdə hamı bilir ki, dövlət vəsaiti ilə görülən bütün işlərin tenderlərini birmənalı olaraq Mübariz Ağayev və Cəil Baxşıyevin yaxın qohumlarının adlarına olan MMC-lər qazanır. Və faktiki olaraq Lerikdə heç bir sosial layihə həyata keçirilmir. Ayrılan pulları isə saxta sənədlər üzərində “xərcləyir və pulları nəqdləşdirib mənimsəyirlər.

Müsahibimiz qeyd edir ki, Cəlil Baxşıyev və Mübariz Ağayev özlərindən başqa hec kimə, hətta vəzifəli şəxslərə belə pul qazanmaq imkanı vermirlər və bütün rayon maliyyəsi üzərində öz monopoliyalarını saxlayırlar. Öz nüfuz dairələrinə uycun olaraq isə idarə müdirlərindən aylıq alırlar. Bu da təbii olaraq rayonda məmurların haqlı narazılığına səbəbolur.

Boşalan kəndlər - Lerik xarababazara çevrilir

Müsahibimiz bildirir ki, Lerikə gələn hər kəs əkin sahələrinin bom-boş olduğunun şahidi olur. Burda demək olar ki, kənd təsərrüfatı özü-özündən yoxa çıxıb. Hələ sovet dönəmindən leriklilərin əksəriyyəti heyvandarlıqla məşğul olurdu. Amma indi bu sahədə tənəzzül ortadadır. Leriklilər isə, xüsusən də kənd camaatı Leriki tərk edib qonşu ya rayonlardakı təsərrüfatlarda işləməyə, ya da Bakıya üz tutrlar. Əlacızlıqda Rusiyaya üz tutanlarda çoxdur. Kəndlə isə durmadan boşalır və Lerik rəsmən xarababazara çevrilir.

Lerikin ən böyük problemlərindən biri isə təbii ki, işsizlikdir. Burda iş tapiaq, ya da sahibkarlıqla məşğul olmaq mümkün duyil. Çünki ən kiçik cəhd də belə Rövşən Bağırovun, kəndxudası Cəlil Baxşıyevinadamları elə şeylər tələb udirlər ki, başlanan iş hələ başlamamışdan ziyan edir. Müraciətdə qeyd olunur ki, bu rayonda Cəlil Baxşıyevin və Mübariz Ağayevin qohumu olmadan heç kim sahibkarlıqla məşğul ola bilməz.

Bunun fonunda isə icra başçısı Rövşən Bağırovun, onun kəndxudası Cəlil Baxşıyevin, deyputat İqbal Məmmədovun, Mübariz Ağayevin varidatı durmadan artır. Çünki bu onlar Leriki açıq şəkildə sömürməklə məşğul olurlar və xəbərləri yoxdur ki, artıq Lerikin maddi və insan resursları bitmək üzrədir.
Bələdiyyələr əhalidən yığdıqları pulları Rövşən Bacırova verirlər

Müsahibimiz bildirdi ki, Lerikdə olan bələdiyyələr 10-15 il əvvəl əhalidən yığdıqları puldan nəsə elməyə çalışırdılar. Lakin Rövşən Bağırov icra başçısı təyin olunduqdan sonra bu azacıq görülən işlərə də son qoyulduö çünki icra başçısı bələdiyyələrin əhalidən topladıqları vergiləri ona verməyi tələb edir.

Dövlətin ayırdığı dotasiyaların müəyyən bir qismi də başçıya çatılırmış. Bu üzdən də artıq bələdiyyələr ancaq güya hansısa işlərin görülməsi ilə bağlı saxta sənədlər hazırlamaqla məşğul olur və toplanan vergi pullarını başçıya çatdırırlar. Çünki Rövşən Bağırov bütün bələdiyyə sədrlərini açıq şəkildə təhdid edir. Hətta iclasların birində başçı bələdiyyə sədrlərinə deyib ki, “Sizi mən təyin etmişəm, lazım olsa, mən də çıxardaram! Hamı sakit otursun yerində! Özbaşına hər hansı addım atmaq istəyən bələdiyyə sədrini dəmir barmaqlıqlar arasına göndərərəm”.

Müsahibimiz onu da qeyd elədi ki, bütün bu deyilənlər Lerikdə baş verənlərin kiçik bir qismidir. Bütün baş verənləri danışmaq üçün əünlər lazımdı.

Xatırladaq ki, Rövşən Bağırov 10 ildir ki, Lerik rayonuna rəhbərlik edir.

Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq

Politiko.az 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024