Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (14-09-2014, 13:46)
Lerik sakinindən sensasion açıqlama – ŞİKAYƏT

Lerik sakinindən sensasion açıqlama – ŞİKAYƏT

 

Lerik rayon sakini Eldəniz Quliyev 60 sot torpağının icra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov tərəfindən zorla alındığını deyir: “Bu iş həll edilməsə, özümü yandıracağam”

Mediatv.az xəbər verir ki, Lerik Rayonu, Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev dövlət qurumlarından kömək istəyib. O bildirib ki, onun 60 sot qanuni sənədi olan həyətyanı sahəsini Lerikin icra başçısı Rövşən Bağırov və rayondan deputat olan İqbal Məmmədov zorla ondan alıblar: “Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər".

Vətəndaş bildirir ki, torpağını zorla əlimizdən alan Lerikin icra başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovdur. O, bununla bağlı dəfələrlə şikayət etdiyini, lakin şikayətlərinin heç bir nəticə vermədiyini iddia edir.

E.Quliyev bildirib ki, məsələni ictimailəşdirəndən sonra deputat İqbal Məmmədov onu təhdid edib: "Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Əvvəllər də bunu etmişəm, amma rayonun deputatı İqbal Məmmədov bir müddət əvvvəl mənimlə telefon əlaqəsi yaradaraq “səni aradan götürərəm” deyə təhdid etdi. Hətta nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”.

Şikayətçi həmçinin ailəsinin yaşadığı ağır güzərandan və başına gələn müsibətlərdən də danışıb : “15 ailə üzvümüz var. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım – 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Onun qohumları icra hakimiyyətində və polisdə işləyir. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər”.

Vətəndaş həmçinin icra başçısını və deputatın təzyiqlərindən bezərək özünü yandıracağını da istisna etmədi: " Faktiki rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 145, 146, 147-ci maddələrini kobud şəkildə pozub, bizim hüquqlarımızı tapdalayıblar. Ailəmizin razılığı olmadan torpaq sahəmizi "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Orada əkdiyimiz taxıl zəmisini texnikanın qabağına verib məhv ediblər. Mənə deyirlər ki, prezidentin sərəncamı var və biz bu ərazini almalıyıq. Amma mənə heç bir kompensasiya ödəmirlər. Əgər bu təzyiqlər davam edərsə, özümü azyaşlı körpələrimin gözü qarşısında İcra Hakmiyiyyətinin qarşında yandıracam. Bizi özümüzü öldürmək həddinə çatdırıblar. Bu məsələdə hər zaman haqq sözünü deyən, hüququ pozulanların arxa-dayağı olan insanlardan, ölkə rəhbərliyindən, mətbuatdan kömək istəyirəm. Xahiş edirəm, 75 yaşlı anamın və körpələrimin ah-naləsini yerdə qoymayın".

Məsələ ilə bağlı millət vəkili İqbal Məmmədovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

Vətəndaşın iddiaları ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024