Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (14-02-2017, 14:43)
Rövşən Bağırov rayonu bərbad hala salıb,

Rövşən Bağırov rayonu bərbad hala salıb,

Lerik rayon Veri kəndinin sakinləri rayon icra başçısının fəaliyyətindən narazıdırlar.

AFN xəbər verir ki, kənd sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları videoda Verinin “işğalda olduğu” deyilir. Belə ki, insanlar kənd yollarının bərbad olmasından, qar yağanda ətrafla əlaqələrinin kəsilməsindən şikayətlidirlər. Videoda bildirilir ki, icra başçısı bu cür problemlərin aradan qaldırılması üçün heç nə etmir: “Kəndi rayonla birləşdirən yol bir həftə əvvəldən qar yağandan bağlanıb. Lənkəran tərəfdən olan yolumuz da dünəndən başlayan güclü qar nəticəsində bağlanıb. Heç bir texnika yoxdur, heç bir məmur vəziyyətlə maraqlanmır. Şagirdlər məktəbə gedə bilmirlər. İşıq demək olar ki, günün çox hissəsini yanmır. Elektrik dirəklərinin çoxusu köhnədir, qara tab gətirməyərək yıxılıb. Biz Veri kənd sakinləri olaraq Azərbaycan dövlətinin qayğısını bu kənddə görmürük. Kənd 10 ildir Bağırovun işğalı altındadır. 10 ildir bu kənd üçün heç bir tədbir reallaşdırılmır. Ölkə inkişaf edir, milyardlarla investisiya qoyulur, amma gördüyünüz kimi, Bakıdan cəmi 400 kilometr məsafədə insanlar üçün ölü həyat hökm sürür”.
Videomaterialda qeyd edilir ki, 10 ildir rayona rəhbərlik edən icra başçısı Rövşən Bağırov Leriki çapıb-talayıb: “Rövşən Bağırov rayonu bərbad hala salıb, bu da bariz nümunələrdən biridir. Veri Lerikin ən böyük kəndlərindən biridir, əhalisinin rəsmi sənədlərdə sayı 3800 nəfərdən çoxdur. Bu qədər əhali bu cür vəziyyətdə yaşayır – işıq yox, yol yox, bir Allah eləməmiş bir adam xəstələnsə ölümdən başqa yolu yoxdur”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024