Karusel / Slayd (22-02-2017, 12:44)
Sabiq nazir müavini Musa Pənahovun və oğlunun biznes imperiyas
Bəzi məmur övladlarının harınlığı və ifrata çatmış varidatı ilə bağlı xəbərlər vaxtaşırı ölkə gündəmini məşğul edir, mətbuatda işıqlanır. Bu halda bəzən onların ataları cəzalandırılır, özləri isə məzəmmətə məruz qalır. Lakin üstündən bir az keçdikdən sonra hər şey keçmişdə olduğu kimi davam edir: onlar haqqında xoş olmayan soraqları gəlir.Musavat.com bu dəfə ləğv edilmiş Nəqliyyat Nazirliyinin sabiq birinci müavini Musa Pənahovun oğlunun “şəxsi maşın qarajı” və biznes imperiyası barədə məlumat verəcək.Saytımızı bu barədə məlumatlandıran mənbə bildirir ki, Moldovanın keçmiş prezidentinin nəvəsi Yekaterina Voronina ilə evli olan Fuad Pənahov olduqca dəbdəbəli və ultra-lüks həyat tərzi sürür:Sabiq nazir müavini Musa Pənahovun oğlunun 10-dan çox bahalı avtomobili var və bu maşınlar sayı 10-u aşan villalarının həyətində dayanır. Fuad Pənahov isə özü isə çox vaxt “10 RR 200”, “10 ER 200” nömrəli “Range Rover”, “Porsche” markalı avtomobillərilə və mühafizəçilərin müşayiəti ilə gəzir. Vyanada ali təhsil alsa da ərəb şahzadələri kimi həyat tərzi keçirir. Digər oğlu Kənan Pənahov isə Londonda təhsil alıb və avtomobil həvəsində qardaşından geri qalmır.Musa Pənahovun oğlu üçün yaratdığı biznes imperiyasına ötən ilə qədər Azərbaycanda bir çox yolun tikintisini həyata keçirən “Todler” şirkəti də daxildir. Şirkət İtaliya mərkəzli bilinsə də əslində Musa Pənahova məxsus olub.Bakı Beynəlxalq Ticarət Limanınında podratçı şirkət kimi fəaliyyət göstərən “Evroscon” şirkəti də sabiq nazir müavininin biznes imperiyasına daxildir və limanda əksər işləri həyata keçirib. Həmin tenderi udmasında Musa Pənahovun böyük “əməyi” olub.Məlumatı verən mənbə qeyd edir ki, onun əsas gəlir yeri inşaat şirkətləridir. Digər gəlir yerləri isə bir vaxtlar barəsində sökülmə qərarı verilən, daha sonra sökülməyən “Megapolis” obyektidir. Bir vaxtlar hətta sökülməsi üçün hasara da alınmışdı. Vaxtilə yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edən Fuad Pənahovun şirkətində işləyən işçiləri belə yerə-göyə sığmırdı.O, təkcə Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli ev tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib.Tikinti şirkəti adı altında Fuad Pənahov ölkəmizdən “qazandığı” pullarla Moldovada da böyük biznes qurub.Musavat.com