Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-09-2015, 15:05)
Nazir müavini restoranlar şəbəkəsi yaradır

 

 

Musa Pənahovun adamları yeni çəilən Bakı-Astara yolu üzərində özünə iaşə obyektləri yaratmaqla yanaşı, kafe üçün əraziləri də satışa çıxarıb 

Məlum olduğu kimi, xeyli müddətdir Bakı-Astara avtomobil magistralının tikintisi prosesi həyata keçirilir. İlkin layihə dəyəri 400 milyon dollar olan bu projenin sonradan 1 milyard dollara qədər qiymətə minməsi ayrı mövzudur. Söhbət açacağımız məsələ isə həmin yolun üzərində restoranlar şəbəkəsinin qurulmasından gedir. 

Hal hazırda fəaliyyət göstərən və uzunluğu 322 km olan Bakı-Astara şossesinin üzərində xeyli sayda kafe və restoran var. Həmin restoran və kafelərin ayrı-ayrı şəxslərə aid olduğu da məlumdur. Amma onların sırasında iri çinli məmurların da obyektlərinin olduğu inkar edilmir. 

Əldə olunan məlumata görə, Salyanda fəaliyyət göstərən «Ceyran» restoranı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovundur. Cənab Həsənov bu biznesə sonradan daxil olub və səbəb də ictimai iaşə sektorunda ciddi gəlirlərin olmasıdır. Bəzi iddialara görə, Bakı-Astara yolunun üzərində komitə sədrinə məxsus daha bir neçə iri restoran var. 

Amma daxil olan məlumatda yolboyu uzanan restoranlarla bağlı digər bir məmurun da ciddi şəkildə çalışdığı vurğulanır. İddia edilir ki, yeni çəkilən yolun üzərində yeni restoranların tikilməsi və fəaliyyət göstərməsi üçün qollarını çırmayan şəxs nazir müavinidir. Məlumatda deyilir ki, nəqliyyat nazirinin müavini Musa Pənahovun işin içində olması olduqca maraqlı məsələdir. Çünki bu nazir müavininin adı nurçularla hallansa da, biznes strukturlarında olmasına dair elə də geniş bilgilər yoxdur. 

JAM.AZ-ın əldə etdiyi məlumatda deyilir ki, Musa Pənahov hazırda yeni çəkilən yolun üzərində restoranlarının şəbəkə şəklində fəaliyyət göstərməsi üçün bütün hazırlıq işlərini başa çatdırıb. Əsasən yolun Salyandan keçən hissəsində aparılan çalışmalar geniş vüsət alıb. 

Mənbələrin bildirdiyinə görə, Musa Pənahov çox da gözə girməmək üçün başqa bir addım da atıb. Belə ki, o, yolun kənarında yeni restoran açmaq istəyən və ya köhnə yolun üzərində fəaliyyət göstərən iaşə obyektini yol üzərinə köçürməyə çalışanlara da imkan yaradır. Amma bunun təmənnasız olmadığı vurğulanır. Verilən məlumatda iddia edilir ki, Pənahovun adamları restoran açmaq istəyən və ya köçürmə işlərini reallaşdırmağa çalışanlara yerindən asılı olaraq qiymətlər təklif edirlər. Məsələn, yaşayış məntəqələrinə yaxın bir yerdə restoran sahibi olmaq istəyən şəxsin bunun üçün 20 min dollar ödəməsi tələb olunur. Ki, eyni zamanda əsas yoldan həmin restoranın qarşısına qədər asfalt döşənməsi xərcləri də qeyd olunan məbləğin içindədir. 

Amma bu rəqəm yerə uyğun olaraq 7-20 min arasında dəyişir. Yəni, nazir müavininin adamları əsas yerləri özlərinə götürdükdən sonra yerdə qalanlarını bu qiymət aralığında satışa çıxarıblar. 

Qarşı tərəfi də dinləməyə hazırıq

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024