Sosial / Slayd (13-05-2015, 11:32)
Nazir müavininin villa tikdirib bəyənməyən ərköyün oğlundan əcaib hərəkət
Dövlət büdcəsindən külli miqdarda mənimsəməyə görə "Azİmport” rəhbəri Rəşad Məmmədovun işdən çıxarılması ilə başlayan və iş adamlarının həbsi ilə davam edən bu proses də göstərir ki, bu qərar məhz prezident İlham Əliyevin ölkədə talana son qoyulması barədə qəti göstərişindən sonra başlayıb.
Məlumatlarda o da deyilir ki, iqtidar Avropa Oyunlarından sonra ölkədə iri miqyaslı antikorrupsiya planını gerçəkləşdirməyə başlayacaq. Bu planın yekunu olaraq isə dövlət xərclərinin azaldılması və optimallaşdırılması üçün bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, birləşdirilməsi və yenidən təşkili barədə qərarlar qəbul ediləcək. Bu prosesdə bir neçə yüksək ranqlı məmurun işdən çıxarılması və cəzalandırılması gözlənilir. Ciddi yoxlamalar və struktur islahatları korrupsiya riskinin yüksək olduğu sahələri əhatə edəcək.
İddialara görə, bu sırada Nəqliyyat Nazirliyi ilə "Azərsu” ilk sırada gəlir. Çünki "Azərsu” ASC Nəqliyyat Nazirliyindən sonra büdcəsindən ən böyük vəsait alan qurumlardan biri, bəlkə də birincisidir. Üstəlik, bu dövlət qurumları hər il beynəlxalq maliyyə təşkilatlarından da ya kreditlər alır, ya da dəyəri milyonlarla ölçülən birgə layihələr həyata keçirirlər. Hökuməti narahat edən isə budur ki, həm yollara, həm su və kanalizasiya təchizatına ayrılan milyonlara baxmayaraq, hər iki qurumun məsul olduğu sahələrdə hələ də ciddi problemlər qalmaqdadır. Məhz bu səbəblərdən də ölkənin ən çox yeyinti olan sahələrindən birinə rəhbərlik edən Z.Məmmədovla "Azərsu” rəhbəri Qorxmaz Hüseynovun iyundan sonra postlarından kənarlaşdırılacağı gözlənilir. Avropa Oyunları ərəfəsi paytaxtda sərnişin daşınmasının nəqliyyat naziri Ziya Məmmədova məxsus "Transqeyt” şirkətinin monopoliyasından alınması, Bakı yollarının təmir-bərpası funksiyasının Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi nazirin "gedir” xəbərlərini bu dəfə daha real edir.
İddialara görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun oğluna da bu layihənin icrasında yenə geniş "şəriklik” verilib. Fuad Pənahovun rəhbəri olduğu "Global-A Group” inşaat şirkəti yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edib. "Global-A Group”un Salyan yolunun kommunikasiya xətləri, Sabirabad yolu, Əhmədli qəsəbəsində su sayğaclarının quraşdırılması, Göyçayda enerji xətləri, kommunikasiyalar, qaz kəmərləri, Xarici İşlər Nazirliyinin arxasından keçən magistral su xəttinin dəyişdirilməsindən milyonlarla gəlir əldə edib.
Nazir müavininin oğlu "Azərsu”nun tenderlərindən o qədər pul qazanıb ki, deyilənə görə, hətta Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli evi tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib.
Yeri gəlmişkən, problemlərə baxmayaraq, "Azərsu” Heydər Əliyev prospektində 20 mərtəbədən ibarət yeni inzibati bina tikdirir ki, açılışı Avropa Oyunlarından sonra olacaq. 2004-cü ildən nazir müavini olan Musa Pənahov özünü Ziya Məmmədovdan sonra nazir postunda görsə də, onun da Avropa Oyunlarından sonra vəzifədən uzaqlaşdırılacağı deyilir.
Hökumətdəki bir mənbə baş verənləri şərh edərkən Avropa Oyunlarından sonra iqtidarda ciddi "təmizləmə” proseslərinin başlayacağı barədə xəbərləri təsdiq edib. Mənbə deyib ki, iqtidar Avropa Oyunlarından sonra yarana biləcək iqtisadi çətinliklərin sosial partlayışlara çevrilməməsi üçün hətta müxalifətin "Talana son!” süarını da öz maraqlarına uyğun həyata keçirəcək. Hansı ki bunun işartıları artıq başlayan həbslərlə görünür...
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024