Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-01-2017, 10:52)
UNİVERSITETLƏRDƏ TERROR TƏHLÜKƏSİNƏ QARŞI EHTİYAT TƏDBİRLƏRİNİN SƏRTLİYİNİ HEÇ BİR VƏCHLƏ AZALTMAQ OLMAZ

 

Belə bir məsəl var: "Zülmətdə bir daş var - götürən də peşmandı, qoyan da". Əsrin əvvəllərində ABŞ-da iki təzadlı hadisə olub: Yol polisi əməkdaşı Prezident Teodor Ruzveltin kortecini qayda pozuntusuna görə saxlatdırıb. Ölkə başçısı "qanunu şahdan üstün tutan" polis işçisini bu qətiyyətinə görə mükafatlandırıb. 1909-cu ildə prezident kürsüsündə Ruzvelti əvəzləyən Uilyam Taft da eynən həmin küçədən keçməli olub. Həmin gün yol hərəkətini tənzimləmək növbəsinə də məhz həmin polismen çıxıbmış. Onun "dayan, dur!" işarəsi ilə kortec hərəkətini saxlamağa məcbur olur. Beynində qonşu Meksikaya açacağı davanın planını götür-qoy eləyən Taft buna dözmür. Kabinetinə çatan kimi telefona əl atır və yolda onun qarşısını kəsmiş polis işçisini işdən qovdurur, yol hərəkəti qaydalarına da prezident korteci üçün istisnaları nəzərdə tutan əlavə və dəyişikliklər edilməsinə nail olur. Son vaxtlar bəzi kütləvi informasiya vasitələri Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmamasını universitetin rektoru Nurlana Əliyevaya qarşı aparılan çirkin pi-ar kampaniyasının tərkib hissəsinə çeviriblər. Onu da qeyd edək ki, bu hadisədən sonra BSU-nun mühafizə xidmətinin rəisi Ramil Şükürlü KİV-ə açıqlama verərək bildirib ki, Milli Qəhrəman Məhəmməd Həsənovun universitetə buraxılmamasına aydınlıq gətirib. Deyib ki, M. Həsənov universitetin keçmiş məzunu olduğunu desə də, özünü təqdim etməyib, ondan tələb olunan şəxsiyyət vəsiqəsini mühafizə xidmətinə göstərməyib. Ona universitetdə imtahan getdiyi, hamının iş başında olduğu, sakitliyin təmin olunmasının vacibliyi deyilsə də, içəri keçməyə israr edib. Təklif olunub ki, ona dərs demiş müəllimlərdən birinin adını desin, həmin adam da onu qarşılasın. Razı olmayıb. Deməyib ki, milli qəhrəmandır, vətən uğrunda döyüşüb, lövhədə şəkli var. Mühafizə xidməti universitet rəhbərliyinə də məruzə etməyə lüzum bilməyib. Demək, rektorluğun Milli Qəhrəmanın gəlişindən xəbəri olmayıb. Xatırladaq ki, sonradan rektor Nurlana Əliyeva milli qəhrəmanı universitetə dəvət etsə də, o, təklifi qəbul etməyib. Nəticədə hadisə ilə bağlı ictimaiyyətdə yanlış fikir formalaşıb. Bu bir gerçəklikdir ki, Azərbaycanın qərar tutduğu geo-siyası vəziyyət terrora qarşı həddən ziyadə diqqətli olmağı tələb edir. Neft Akademiyasında törədilən və onlarla gəncin vaxtsız ölümünə səbəb olan terror aktını unutmamalıyıq. Həmin qanlı olaydan sonra təhsil müəssisələrinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mühüm vəzifə kimi müəyyənləşdirilib. Hər bir adamın şəxsiyyət vəsiqəsində fərdi konfidensial məlumatlarla bərabər, ən sonuncu rəqəm ilə onun oxşarlarının da sayı göstərilir. M. Həsənov Milli Qəhrəman kimi özünəməxsus xsüsusiyyətlərə malik olsa da, onun da oxşarları ola bilər. Mövcud durum ali təhsil müəssisəsinə gələn adamın nəinki sənədlərini, hətta üst-başını da yoxlamağı tələb edir. Çox hörmətli Milli Qəhrəman yaxşı bilir ki, Azərbaycan Ordusu düşmən Ermənistanı hərbi gücünə görə qat-qat üstələyir və Ali Baş Komandanın əmri olarsa, torpaqlarımızı qısa zaman kəsiyində işğaldan azad edə bilər. Aprel döyüşləri bu həqiqəti bir daha təsdiqlədi. Amma bununla belə sülhsevər siyasət yürüdən Azərbaycan münaqişənin həllində danışıqlar yoluna üstünlük verir. Deməli, hücum əmri vermədiyinə görə əsgərin öz komandirindən küsməyə, situasiyanı yalnız öz mülahizələrinə görə dəyərləndirib qərar verməyə haqqı yoxdur. Başa düşmək lazımdır ki, ölkəmizi hazırki vəziyyətdə təkcə Ermənistanın təcavüzkar siyasəti deyil, həm də terror təhlükəsi təhdid edir və buna qarşı ehtiyat tədbirlərinin sərtliyini heç bir vəchlə azaltmaq olmaz.

Əfqan

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024