Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-01-2017, 19:50)
Xəzər rayonunda qanunsuz torpaq biznesi – VİDEO

Bir müddət əvvəldə saytımızda xəbər getdi ki,  Bakının  Xəzər rayonunda bir qrup vəzifəli şəxs  əhalini aldadaraq saxta sənədlər verirlər.

Bu saxtakar qruplaşma  “peşəkarlıqla,”  işlədiklərini zənn edərək, Xəzər rayonu Binə qəsəbə sakinlərinə əzab-əziyyət verir.

Ölkədə vətəndaşların sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülsə də, Xəzər rayonunda bəzi məmurlar bu vəziyyətdən sui-istifadə etməklə məşğuldur. Vətəndaşlar qanunla ayrılmış torpaq sahələrini almaq üçün illərlə süründürülür, nəzərdə tutulan torpaq sahələri it-bata düşür və sair. Buna səbəb isə həmin ərazilərə nəzarət edən məmurlarıın tamahı və şəxsi maraqlarıdır. Hüquqlarını bilməyən bəzi vətəndaşlar məmurlar tərəfindən hədə yolu ilə, sıxışdırımaqla süründürülür.
Xəzər rayon İcra Hakimiyətinin Təsərrüfatı Şöbəsinin memarı Tural Zeynalov çıxışında bir daha təsdiq etdi ki, sənəd saxtakarlığına yol verib. Doğrudur saxta sənəd verdiyini təsdiq etmir. Əsas odur ki, Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu Abşeron rayon İcra Hakimiyyətinin ərazisidir. Buradan bir sual yaranır bəs həmin əraziyə Tural Zeynalov necə sxem verə bilib? Çox düşündürücü bir sualdır. Yaxşısı budur ki, Tural Zeynalovun şəxsən özündən bu haqda danışdıqlarını dinləyək…

ÜMUMİ FAKTLARLA SAXTAKARLIQ ETDİKLƏRİNİ TƏSDİQ EDİRLƏR

Xəzər rayon İcra Hakimiyətinin Təsərrüfatı Şöbəsinin Memarı Tural Zeynalova bu boyda səlahiyyətləri verən kimdir?
Binə qəsəbəsində torpaqla bağlı problemli məsələni mütləq ciddi şəkildə məhkəmə qaydasında araşdırılmasına başlanmalıdı: Yoxsa kasıb vətəndaşların çoxu aldana bilər bu şəxslərə. Həmin şəxslər Xəzər rayonu Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev, İcra numayəndəliyində mühəndis işləyən Həmzə, Xəzər rayon İcra Hakimiyətinin Təsərrüfat Şöbəsinin memarı Tural Zeynalov, Xəzər rayon İcra Hakimiyəti başçısının  Muavini Vaqif Həsənovdur. Bu şəxslər Abşeron rayon İcra Hakimiyyətinə məxsus olan Hövsan Südçülük Sovxozunun ərazi torpaqlarında yaşayan kasıb sakinlərin qanuni torpaq sənədlərini əsassız hesab edərək zor gücü ilə Xəzr rayon İcra Hakimiyyətinin balansında olduğunu deyirlər. Əgər həmin torpaqlar Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətində deyilsə,  bəs niyə  Xəzər rayon İcra Hakimiyyətinin  Binə Qəsəbəsi üzrə  numayəndəliyində və Binə Bələdiyyəsində  həmin torpaq sahələrinin xəritəsi  yoxdur? Bəs hansı əsasla hansı ərazidə hansı vətəndaşın neçə sot torpağı olduğunu müəyyənləşdirir bu şəxslər?
Xəzər rayon İcra Hakimiyyətinin Binə Qəsəbəsi üzrə  Nümayəndəliyinin rəhbəri  Tahir Əliyev bildirir ki,  işlədiyi müddətdə bu qurumda sözügedən torpaq xəritəsini görməyib.
"SAXTA TORPAQ CİZGİSİ" verən Binə Qəsəbə Sədri Tahir Əliyev "Get kimə istəyirsən de" - ARAŞDIRMA
"SAXTA TORPAQ CİZGİSİ" verən Binə Qəsəbə Sədri Tahir Əliyev "Get kimə istəyirsən de" - ARAŞDIRMA
Tahir Əliyevdən soruşduqda ki, bəs torpağın sxemini (cizgini) necə verirsiniz? Bəs necə təyin edə bilirsiniz ki, həmin Hövsan Südçülük Sovxozu ərazisində olan hansı torpaq sahəsi kimindir ? Bütün bu suallara Tahir Əliyev özünə məxsus  şəkildə  cavab verdi:
“Demək həmin ərazidə yaşayan vətəndaş mənə muraciət etdikdə mən gedirəm ya onlara, yada ki,  kompyuter və internet olan bhir yerə  Bax o kompyuter vasitəsilə internetdən  istifadə edərək həmin torpağın cizgisini açıram və həmin vətəndaşa deyirəm ki, gör burada hansı tərəfdə yerləşir sənin torpağın? Vətəndaşda mənə öz ərazisini kompyuter vasitəsilə göstərir məndə onun göstərdiyi ərazinin sxemini  printerdən çıxardıram və təsdiq edirəm öz imzamla,  dövlətin mənə etibar etdiyi, inanıb verdiyi həmin möhür vasitəsilə”. Bu zaman belə bir sual yaranır ki, ola bilər  həmin vətəndaş  yalandan deyər ki, filan ərazi mənimdir, yaxudda sxem məsələsindən anlayışı olmaya bilər.
T.Əliyevin bu suala da cavabı var: ” O zaman vətəndaşla gedirəm vətəndaşın dediyi torpaq ərazisinə vətəndaş ona məxsus ərazini göstərir və deyir ki, bura mənimdir. Əsas vətəndaşın dediyidir mənim üçün önəmli. Yenədə imza atıb peçat vururam həmin sxemə və sonra həmin sxem Xəzər rayon İcra Hakimiyətinin  Təsərrüfatı Şöbəsinin memarı Tural Zeynalov tərəfdən təsdiqlənir.
İCRA BAŞÇISININ SƏRƏNCAMI SAXTALAŞDIRILIB…"SAXTA TORPAQ CİZGİSİ" verən Binə Qəsəbə Sədri Tahir Əliyev "Get kimə istəyirsən de" - ARAŞDIRMA

 

Qeyd edək ki,  Xəzər rayonunda bu cür hallar tez-tez baş verir.  Redaksiyamıza müraciət edən Bİnə qəsəbəsi sakini Mahir Cəbiyevin də torpağı əlindən zorla alınaraq digər bir vətəndaşa saxta sənədlə verilib. Torpaq sahəsi qanuni ayrıldığından Mahir Cəbiyev 0.8 hektar torpaq sahəsini daş hasara alaraq torpaqdan bir müddət istifadə edib. 2014-cü ilə qədər torpaq sahəsinə heç bir iddia olmayıb. Amma, elə iş də 2014-cü ildən sonra başlanıb. Yəni, torpaq sahəsinin başqa şəxsə verilməsi barədə saxta qərar çıxarılaraq ərazi Mahir Cəbiyevdən alınıb. Elə həmin vaxt məlum olub ki, qəsəbə məmurları adıçəkilən ərazini başqa şəxsə satıb: “Amma sonradan məlum oldu ki, Xəzər  rayon İcra Hakimiyyəti başçısının muavini Vaqif Həsənov və Xəzər rayon İcra HakimiyyətininTəsərrüfatı Şöbəsinin memarı Tural Zeynalov Xəzər rayonu Binə qəsəbə sakini Mahir Cəbiyevi aldadıblar. Bu rayonun İcra Hakimiyyəti başçısı Gülağa İslamovun muavini Vaqif Həsənov qardaşlarına güvənərək Xəzər rayonunda istədiyini edir. Amma onun da dirənə biləcəyi yerlər varmış”.
Mahir Cəbiyev bildirir ki, məsələ ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət edib. Lakin, yerli məmurlar müraciətin rayonun icra başçısı Gülağa İslamova çatmasına imkan vermir: “Şikayətlərim aşağıda cırılıb atılır, başçıya çatmasına imkan vermirlər. Bilirlər ki, iş böyüsə, onların başqa maxinasiyaları da üzə çıxacaq. Ona görə də, məni hər dəfə bir adla aldadırlar ki, şikayət etməyim.  Saxta sənəd köhnə tarixlə rəsmiləşdirilib.
Mən nə qədər 0.8 hektar torpağım üçün sahənin sxemini tələb etsəm də, sənədi vermirlər. Nə icra nümayəndəsi sənədi mənə verir, nə bələdiyyə. Həmişə eyni sözü deyirlər ki, ərazinin kartası bizdə yoxdur bizə ümumiyyətlə karta verilməyib. Bilirlər ki, sənəd saxtadır və bu sənəd araşdırılsa heç bir hüquqi əsası yoxdur. Bu yolla Xəzər rayon məmurları məni aldadır, get-gələ salır”.
Mahir Cəbiyev deyir ki, Binədə onun kimi onlarla insan aldadılıb və torpaq sahəsi saxta sənədlərlə əlindən alınıb başqa adamlara satılıb. Hazırda onlarla ailə qanuni mülkiyyətindən çıxarılıb. Səbəb isə  məmurların torpaq maxinasiyası və rüşvətxorluğudur. Çarəsiz qalan Mahir Cəbiyev məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O dövlət başçısından pozulmuş mülkiyyət hüququnun bərpa olunmasını və özbaşına məmurların saxtakarlığı barədə tədbir görülməsini xahiş edir: “Möhtərəm prezidentimiz İlham Əliyev daim ölkə vətəndaşlarının, imkansızların hüquqlarının qorunması üçün tədbir görüb, insanların sosial rifahının yaxşılaşdırılmasına çalışıb. Cənab prezidentdən xahiş edirəm ki, Xəzər rayonu Binə qəsəbəsində korrupsiyalaşmış məmurlar barədə də tədbir görsün. Son ümidim prezidentədir”.
Göründüyü kimi, bu cür saxtakarlıqların üstü açılarsa, Vaqif Həsənovun, Tural Zeynalovun Tahir Əliyevin və bununla yanaşı eyni zamanda Həmzə adlı mühəndisin bu yaxınlarda başını ağrıdacaq çox ciddi bir hadisənin olacağı gözlənilir. Realnewsinfo.com xəbər verir ki, bu şəxslərin başını ağrıdacaq əsas məqam satılmış torpaqlara görə verilən bir çox sərəncamların saxta olmasının üzə çıxa biləcəyidir.
Yaxın günlərdə bu cür «sənəd» verilən ərazilərlə bağlı geniş məlumat verəcəyik. Qanunvericiliyə əsasən bələdiyyələr torpağı hərrac yolu ilə sata bilərlər. İddia olunur ki, Binə qəsəbəsində satılmış torpaqlara görə verilmiş sərəncamların bəziləri saxtadır.
Bununla bağlı Xəzər rayonu İcra Hakimiyyətində olduq. Xəzər rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Tahirə Rzayevanın sözlərinə görə,  Binə qəsəbəsində Hövsan Südçülük Sovxozu Xəzər rayonunun deyil, Abşeron rayon İcra Hakimiyyətinin ərazisidir.
"SAXTA TORPAQ CİZGİSİ" verən Binə Qəsəbə Sədri Tahir Əliyev "Get kimə istəyirsən de" - ARAŞDIRMA
"SAXTA TORPAQ CİZGİSİ" verən Binə Qəsəbə Sədri Tahir Əliyev "Get kimə istəyirsən de" - ARAŞDIRMA
T.Rzayeva  bir daha vurğuladı ki, Xəzər rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi Abşeron rayonu Hövsan Südçülük Sovxozunun ərazisindəki torpaqlara heç bir sənəd verə bilməz. Əgər belə bir aşkarlansa,  bununla bağlı Xəzər rayon İcra Hakimiyyətinin başçısı  Gülağa İslamov tərəfdən tapşırıqlar və mühüm göstərişlər veriləcəkdi: “Hovsan Südçülük Sovxozu haqda bizə heç bir qanuni göstərişlər verilməyib. Bununla bağlı Abşeron rayon İcra Hakimiyyətinə gedsəniz daha yaxşı olar”.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024