Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (4-01-2017, 16:03)
İqtisadiyyat Universitetində korrupsiya...

İqtisadiyyat Universitetində korrupsiya...

“Bu günlərdə internetdən müxtəlif portallarda tirajlanan Azərbaycan Dövlət İqtisad Universiteti haqqında eyni məzmunlu bir yazıya rast gəldim. Oxudum, elə birinci abzasından çox təəssüfləndim. Yazıda diqqətimi çəkən aşağıdakı 3 məqam məni, bu Universitetdə 20 ildən çox çalışan pedaqoq və alim, ən əsası da ziyalı kimi daha çox məyus etdi. Digər məsələlərə münasibət bildirməyərək, daha soz deyə biləcəyim aşağıdakı məqamlara diqqətinizi çəkmək istərdim. Yazıda iddia olunur ki, “Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən korrupsiyalaşmış təhsil ocağı imicini inadla qorumaqdadır. Ötən tədris ilində universitetə rektor təyin olunan Ədalət Muradov bu birinciliyi qorumaq üçün əlindən gələni əsirgəmir”.

Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib. 

Q.İbadoğlu qeyd edib ki, kəsirlərin düzəldilməsi üçün isə tələbələrdən 3-7 min manat tələb olunduğu bildirilir: 

“Sonrakı yerləri magistr, diplom işləri tutur 1500-2000 manat. Universitetdən adının gizli saxlanılmasını istəyən şəxs deyib ki, rektorun rüşvət maşınını müşavir postuna təyin etdiyi Elşən Bağırzadə idarə edir. 

Şərhə keçməmişdən əvvəl bildirim ki, 1996-cı ilin sentyabrından bu Universitetdə tam ştatda müəllim, baş müəllim və dosent vəzifələrində çalışıram. 20 ildən sonra hazırki rektorun rəhbərliyi dövründə bu ilin sentyabrından etibarən işim tam ştatdan yarım ştata endilib, əmək haqqım 50 faiz aşağı salınıb. Baxmayaraq ki, müxtəlif dövrlərdə xarici Universitetlərdə tədqiqat və pedoqoji fəaliyyət üçün Avropaya və ABŞ-a gedərkən həmişə iş yerimdə əmək haqqım saxlanılıb, amma, əksinə hazırkı rektor Ədalət Muradovun dövründə elmi ezamiyyələrə də ödənişsiz məzuniyyətlə getmişəm, xaricə səfərim zamanı heç vaxt Universitetin maliyyəsindən istifadə etməmişəm. 

Hazırkı rektor Ədalət Muradov mənim ən az tanıdığım və münasibətdə olduğum rəhbərdir. Universitetdə çalışdığım dövrlərdə bütün rektorlarla, o sıradan da birlikdə 10 ildən çox Universitetə rəhbərlik etmiş Əli Abbasov və Şəmsəddin Hacıyevlə münasibətlərim Ədalət Muradovla müqayisədə qat-qat yaxşı olub.

Çoxlarınız bilirisiniz ki, mən ABŞ-ın Duke kimi dünya şöhrətli Universitetin İqtisadiyyat Departamentində ziyarətçi professor vəzifəsində çalışandan sonra dünyanın istənilən ölkəsində yüksək nüfuzlu Universitetlərdə çalışmaq imkanındayam. Bunları ona görə qabaqcadan yazıram ki, biləsiniz ki, işimi itirmək qorxum yoxdur ki, bu yazıya görə məni merkantilist maraq güdməkdə ittiham etməsinlər, düşünməsinlər ki, orda çalışıram, kimdənsə və nədənsə asılılığım var, ona görə kimlərisə müdafiə etmək üçün bu yazını yazıram. Məni tanıyanlar gözəl bilirlər ki, mən həmişə elə cılız hisslərdən uzaq olmuşam. Heç qarşı tərəfin mənim müdafiəmə ehtiyacı da yoxdur, əksinə ola bilər ki, bu yazı onlar üçün əlavə problemlər yaratsın. Amma susa bilmədim, çünki haqsızlığa dözmək xarakterimdə yoxdur, İqtisad Universiteti ilə bağlı son yazını oxuyanda vicdanım ağrıdı. Odur ki, vicdanımın səsinə qulaq asıb, iddialara dair qısa şərhləri təqdim etməyə qərar verdim.

Birincisi, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ölkənin ən korrupsiyalaşmış təhsil ocağı imicini inadla qoruyur fikri kökündən yalnışdır. ADİU-da həqiqətən də korrupsiya imkanları xeyli məhdudlaşdırılıb. Müəllimlər yekun və aralıq qiymətləndirmədən kənarlaşıblar, tələbələr kollokviumu və imtahanları testlər kompyuter vasitəsilə verirlər. Bu da müəllim ballara təsir imkanlarını minimumlaşdırır. Müəllimlər yalnız sərbəst işlər və məşğələ dərslərində hazırlıqla bağlı qiymətləndirmələrə məsuldurlar, onlar maksimum halda umumi balın 20 faizini müəyyənləşdirmək imkanındadırlar. Dərsə davamiyyət elektron jurnallarda aparılır. Orda yazılanları tələbələr izləyə bilir, eyni zamanda qeydləri sonradan düzəltmək imkanları yoxdur. İmtahan sesiyaları həqiqətən də şəffaf aparılır, hər bir şəxs onu izləyə bilir. 

İkincisi, iddia olunur ki, kəsirlərdən, magistr və diplom işlərində rüşvət tələb olunur. İlk dəfə olaraq bu təhsil ilində mənim tədris etdiyim fənndən kəsiri olan tələbələrin əlavə olaraq dərslərdə iştirakını və çalışmalarını gördüm. Onlar özündən aşağı kurslarla birgə dərslərə gəlib, həmin fənni yenidən öyrənir və həmin şəxslərlə də eyni şərtlərlə qiymətləndirmə prosesində iştirak edirdilər. Diplom işlərinə gəlincə, hazırda vəziyyət belədir: tələbələr ya dövlət imtahanı verməli və ya da buraxılış işi yazmalıdırlar, bu seçim tələbənindir, onlar da adətən dövlət imtahanlarına üstünlük verərək, diplom yazmaqdan imtina edirlər. Hazırda demək olar ki, kafedraların əksəriyyətində buraxılış kursları üçün diplom işləri yoxdur. 
Üçüncüsü, adı hallandırlan Elşən Bağırzadə mənim seçilmiş tələbələrimdəndir, ona bir kurs dərs demişəm, həmişə çalışqanlığı, elmi təşəbbüsü və yaradıcılığı ilə fərqlənib, savadı və biliyi ilə öndə olub. Müxtəlif Universitetlərdə təhsilin idarə olunması sahəsində təcrübə keçib. Ən mütərəqqi təcrübəni və təhsildəki yenilikləri də İqtisad Universitetində gətirməklə, differensial əmək haqqı, müəllimlərin reytinq və digər yeni sistemlərin tətbiqi ilə kollektivdə sağlam rəqabət yaradıb. Bu sahədə nəinki ADİU, həm də Azərbaycanın ali təhsil sistemində xeyli yeniliklərə müəlliflik edib. Onun da hədəfə götürülməsi hesab edirəm ki, islahatçı xarakteri və bu sahədə əldə etdiyi nailiyyətlərlə bağlıdır.

Bütün bunları yazmaqla ADİU-da hər şeyin əla olduğunu iddia etmək istəmirəm. Universitet müəllimi bu gün sosial müdafiəsi ən zəif olan təbəqədir. Xüsusilə də dövlət Universitetlərində çalışan müəllimlərin maaşlarının az olması, onların peşəkar fəaliyyətinin inkişafına sərmayələrin qoyulmaması ali təhsilin keyfiyyətinə ciddi zərbə vurur. Bütün bunlarla yanaşı, Azərbaycandakı təhsil mühitinin yaratdığı digər ağır şərtlər daxilində ADİU-da əlahiddə dəyişikliklərə nail olmaq mümkün də deyil. Amma, digər Universitetlərdəki vəziyyətdən xəbərdar olan valideyn, ictimaiyyətçi və pedaqoq kimi müqayisə aparıb onu deyə bilərəm ki, ADİU son 2 ildə bır sıra dövlət Universitetlərindən bir neçə il irəli gedə bilib. Görünür, elə başqalarını da narahat edən budur”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024