Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (9-07-2023, 23:25)
REKTOR ƏVƏZİ KAFEDRA MÜDİRİ İLƏ NİYƏ BACARMIR?

 








 Azərbaycan Dövlət Aqrar Universitetin  Aqrobiznes və idarəetmə fakültəsi və  Mühəndislik fakültəsinin bir qrup tələbələri adından  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri  Cənab Məcnun Məmmədova,Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın elekron poçtuna daxil olan müraciəti olduğu kimi dərc edirik: Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq olduqca çətinləşmişdir. Biz tələbələrə Azərbaycan xalqının təhsil alan gəncləri kimi və gələcəyin bir şəxsiyyəti kimi yox,  sanki marketdə satılan hər hansı bir əşya kimi baxırlar.
    Universitetdə imtahan sessiyasında hörmətli rektorumuz Zəfər Qurbanovun sayəsində bütün imtahanlarımızı şəxsən onun rəhbərliyi və ciddi nəzarəti altında saf, təmənnasız və heç bir pul-rüşvət olmadan başa vurduq. Lakin imtahan sessiyasından sonra nəzarətsiz qalan tədris və istehsalat təcrübəsində bir qrup cəllad-rüşvətxor, dinsiz-imansız və Uca Allahdan qorxmayan, Azərbaycan Dövlət Aqrar Universitetinə təhqir və ləkə olan, Ölkə Rəhbərinin apardığı siyasətə xəyanət edən bir qrup müəllimlər təcrübəyə ticarət obyekt kimi baxaraq bizimlə yay-təcrübə bazarlığı etməyə qalxıblar. Bunları gördükdən sonra biz tələbələr bu barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Kənd Təsərrüfatı Naziri Cənab Məcnun Məmmədova və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova rəsmi mətbuat vasitəsilə müraciət etmək qərarına gəldik.
    Məlumunuz edirik ki, Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrobiznes və idarəetmə” fakültəsinin Menecment (Alman proqramı üzrə) I və II kurs tələbələrinə 6-19 iyul 2023-cü il tarixində “Kənd təsərrüfatı texnikası” fənni üzrə təcrübə keçirilməlidir. Qruplarda olan biz tələbələr bir qrupda 17 və digər qrupda 20 nəfərik. Təcrübəyə gəldiyimiz ilk gündən kafedranın müdiri Aydın İsayev bizə istehsalat təcrübəsinin keçirilməsi barədə təlimat və proqram vermək əvəzinə, sanki bizlə marketdə malın qiymətini müəyyən etmək üçün bazarlıq aparır. Düzdür bəzi tələbə yoldaşlarımıza isti yay günündə  2 həftə burda qalmaqdan pul verib canını qurtarmaq daha əlverişlidir. Ona görə ki, həmin tələbələr bildirir ki, nə vaxt bizə normal təcrübə keçirilir, havayi vaxtımız gedəcək və burada qaldığımız müddətdə artıq pul xərcləyəciyik.
    Axı biz aqrar sahədə menecment ixtisasına yiyələnmək istəyiriksə, əlbəttə təcrübə bizə çox məsuliyyətli və təcrübəli müəllimlər tərəfindən keçirilməlidir. Ancaq bunu düşünməyən Aydın İsayev haqqında yuxarı kurs tələbələri və magistrlər "ona heç kim bata bilməz" deyirlər. İstədiyini alır, istədiyini yazır və heç kimdən qorxmuram deyir. Magistrlərin dediyinə görə Baytarlığın dekanını savadlı professor olmasına baxmayaraq rüşvət aldığına görə həmin an korrupsiya aradan götürdü və həbs etdi, ancaq Aydın İsayev kafedranın bir qrup müəllimi ilə (Ayaz Həsənov) dəfələrlə rüşvət, pul yığmağına baxmayaraq gözünün üstündə qaşın var deyən yoxdur. Belə ki, prorektorlar da onun müdafiəsinə qalxırlar. Dekanı belə təhqir etməkdən çəkinmədi. Belə çıxır ki, dəqiq də olmasa yuxarı kurs tələbələrin dediyinə görə yığdığı puldan prorektorlara da hesab verir. Bir də əsas məsələ bizim ixtisasın dekanı Əlövsət Əsgərov bilmirik hara baxır? Çünki o da rüşvətxordur, vaxtilə korrupsiyada onun da adı hallanırdı.
    Ticarəti beynəlxalq səviyyədə və müasir şəraitdə bacaran Aydın İsayev mətbuatda qeyd edildiyi kimi müvafiq qurumların hesab faizini verməyi bacarır. Bu barədə deyilənə görə rüşvət üstündə müdirlik vəzifəsindən qovulan Ayaz Həsənov da Aydın İsayevə özünün köhnə təcrübəsindən istifadə etməyi öyrətmişdir. Həmin peşəkarlıqdan istifadə edərək heç kimdən çəkinməyən kafedra müdiri indi bizdən təcrübəyə gələndən 100-150 manat, gəlməyəndən isə 200-300 manat müqabilində pul istəyir. Hətta kimə belə desək bizi hədələyirlər. On görə də biz öz fikrimizi mətbuatda bildirmək fikrini üstün tutduq.
Hörmətli Zəfər müəllim, biz Sizi çox sevirik. Magistrlər bildirdilər ki, bu məsələni ancaq Sizdən başqa heç kim həll edə bilməyəcək. Bizə çox söz verirlər, lakin sonra heç bir iş edə bilmirlər.
    Biz Ölkə Rəhbəri Hörmətli Prezidentimizdən, Kənd Təsərrüfatı Nazirimizdən və rektorumuzdan xahiş edirik ki, bizim Kənd təsərrüfatı texnikası fənni üzrə təcrübənin normal şəraitdə keçirilməsini, sonda hesabat və gündəliyin şəffaf qiymətləndirilməsini nəzarətə götürəsiniz və  Aqrar Universitetə ləkə və təhqir sayılan, ixtisasını belə bilməyən, bazarkom kimi tanınan Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri Aydın İsayevin əməlləri və özbaşınalığı barədə tədbir görəsiniz.
Redaksiyadan:Yazını diqqətlə nəzərdən keçirdik və olduğu kimi də dərc etdik.Yazıda qeyd olunan müəyyən məqamlara redaksiyanın mövqeyini dərc etməyi özümüzə borc bilirik:
Bildiririk ki, bir müddət əvvəl, bir çox kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti adından müraciət yayımlanmışdı.Həmən müraciətdə Aqrar Universitetdə rektorluq uğrunda ciddi mübarizənin getdiyi və qruplaşmaların olduğu bildirilirdi.Qruplaşmanın bir tərəfinə rektor vəzifəsini müvəqqəti icra edən Zəfər Qurbanov,digər tərəfə isə Mikayıl Cabbarova yaxınlığı ilə gündəmə gələn ADAU-ya tədris işləri üzrə prorektoru Əhməd Məlikovun rəhbərlik etdiyi və tərəflərin bir-birinə qarşı ciddi kompromat savaşı apardığı qeyd edilirdi.Mediatv.az-ın redaksiyasına daxil olmuş bu yazının isə, Zəfər Qurbanovun "qruplaşmasına" aid olanlar tərəfindən hazırlandığı hiss olunur.
    Yazı müəllifləri  bildirilir ki,Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq olduqca çətinləşmişdir.Universitetdə imtahan sessiyasında hörmətli rektorumuz Zəfər Qurbanovun sayəsində bütün imtahanlarımızı şəxsən onun rəhbərliyi və ciddi nəzarəti altında saf, təmənnasız və heç bir pul-rüşvət olmadan başa vurduq.Sual olunur: Həqiqətən də universitetdə imtahan sessiyası ciddi nəzarət altında, saf, təmənnasız və heç bir pul-rüşvət olmadan keçirilibsə Dövlət Aqrar Universitetində təhsil almaq niyə çətinləşib?
Yazıda daha sonra qeyd olunur: İmtahan sessiyasından sonra nəzarətsiz qalan tədris və istehsalat təcrübəsində bir qrup cəllad-rüşvətxor  müəllimlər təcrübəyə ticarət obyekt kimi baxaraq bizimlə yay-təcrübə bazarlığı etməyə qalxıblar. Kafedra müdiri Aydın İsayev istədiyini alır, istədiyini yazır və heç kimdən qorxmuram deyir. Aydın İsayev kafedranın bir qrup müəllimi ilə (Ayaz Həsənov) dəfələrlə rüşvət, pul yığmağına baxmayaraq gözünün üstündə qaşın var deyən olmayıb. Belə ki, prorektorlar da onun müdafiəsinə qalxırlar.
 Redaksiya olaraq yazı müəllifinə bildiririk ki,rektor əvəzi universitetə təkcə imtahan sessiyası dövründə deyil,bütün il boyu cavabdehlik daşıyır.Sual olunur:Zəfər Qurbanov, tədris və istehsalat təcrübəsindəki bir qrup müəllimin,kafedra müdiri Aydın İsayevin, Ayaz Həsənovun və prorektorların dəfələrlə rüşvət, pul yığmalarından xəbəri olmayıbsa niyə xəbəri yoxdur,xəbəri vardırsa niyə qarşısını ala bilmir?
Yazı müəllifinə xatırladırıq ki Zəfər Qurbanov hələ rektor deyil,rektor vəzifəsini müvəqqəti icra edir.


.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024