Slayd / Təhsil / Redaktor seçimi (20-02-2023, 11:32)
GDU-da "saxta dosent diplomunuⅦ təsdiqlətmək üçün hansı üsula əl atılır?
Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ,surəti-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri cənab FAMİL MUSTAFAYEVƏ Gəncə Dövlət Universitetinin "Coğrafiya" kafedrasının bir qrup müəllimi tərəfindən müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
Hörmətli CƏNAB PREZİDENT,
Hörmətli Famil müəllim,
Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 05.07.2016-ci il tarixli 464 saylı əmri mövcuddur. Əmri o vaxtkı Təhsil Naziri Mikayıl Cabbarov imzalamışdır. Həmin əmrin 5-ci bəndində deyilir:
"Təhsil müəssisələrinin rəhbərlərinə qrif almaq üçün təqdim olunan tədris vəsaitlərinin formal müzakirəsinin qarşısının alınması, müasir yoxlama metodlrının tətbiqi və plagiat faktı təsdiqləndiyi bütün tədris vəsaitlərinin təhsil müəssisələrində tədris prosessindən, kitabxanalardan və satışdan çıxarılması, onların müəlliflərinin isə əmək müqaviləsinə xitam verilməsi tapşırılsın".
Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetinin "Coğrafiya" kafedrasının baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Nəsibə Niyaz qızı Hacıyevanın müəllifi olduğu "Coğrafiyanın ekoloji əsasları" adlı dərs vəsaitinə Təhsil Nazirliyi tərəfindən verilmiş nəşr hüququ (22.01.2013-cü il tarixli 94 saylı əmr) Təhsil Nazirliyinin 23.06.2015-ci il tarixli 698 saylı əmri ilə plagiat faktının aşkarlanması ilə əlaqədar ləğv edilmişdir. Bununla bağlı məsələyə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kollegiyasının 09.02.2016-cı il tarixli (protokol № 04-K) iclasında baxılmış və AAK Kollegiyasının 05.11.2013-cü il tarixli (protokol № 27-K) iclasında ona verilmiş "Coğrafiya" kafedrası üzrə dosent elmi adı və attestatından məhrum edilməsi haqqında qərar qəbul edilmişdir.
Təhsil Nazirliyinin yuxarıda qeyd edilən 05.07.2016-cı il tarixli 464 saylı əmrinin 5-ci bəndinə əsasən plagiata görə müəlliflə bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu halda Gəncə Dövlət Universitetinin rəhbərliyi rüşvət müqabilində qərarın bu bəndinin icrasını təmin etməmişdir.
Bundan başqa Nəsibə Hacıyeva ləğv olunmuş dosent diplomunu təhvil verməmiş, həmin diplomun surəti ilə Qazaxda Bakı Dövlət Universitetinin filialında dərs demiş,dosent kimi maaş almışdır.
Hal-hazırda isə Gəncə Dövlət Universitetinin tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov və universitetin rektoru Yusif Yusibov baş müəllim Nəsibə Hacıyevadan 10000 manat rüşvət alaraq, ona müvafiq ixtisas üzrə dosent elmi adı almaq üçün Elmi Şura tərəfindən AAK qarşısında vəsatət qaldırılmasına çalışır.
Hörmətli cənab Prezident, saxtakarlığa, plagiatlığa yol verən adamlar cəmiyyətdə düzgün mövqe tutmur. Belə adamlar elmə ləkədir, bunlar həm özünü, həm də işlədiyi kollektivi hörmətdən salır. Onun-bunun kitablarını köçürüb öz adına nəşr etdirən belə bir adama yenidən dosent elmi adının verilməsini bu elmi ada təhqir hesab edirik.
Hörmətli cənab Prezident, hörmətli Famil müəllim, 10000 manat rüşvət müqabilində Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən AAK qarşısında vəsatət qaldırılaraq, belə bir saxta "alimə" dosent elmi adının verilməsinin qarşısının alınmasını kafedra əməkdaşları adından Sizdən xahiş edirik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024