Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (20-02-2023, 19:10)
ADAU-nun BİABRÇI ÜZÜ..

 




Azərbaycan Respublikasının Prezideni İlham Əliyev cənablarına,Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup  professor müəllim heyəti müraciıt ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
  Cənab Prezident! Bir əsrə yaxın yaşı olan Azərbaycan Dövlət Aqrar Universiteti  daim dövlətin diqqət və nəzarəti altında olmuşdur. Bu universitetdə Azərbaycan  Respublikasının ictimai, iqtisadi  və siyasi inkişafında böyük rolu olan mütəxəssislər, aqrar sahə üzrə əmək qəhrəmanları  və dahi alimlər yetişmişdir. Bu mütəxəssis və alimlər bu universitetin elmindən, təhsilindən bəhrələnərək tarixdə  öz sözlərini demiş ziyalılarımız olmuşdur. Çünki bu ziyalılar universitetdə daim diqqət, sayqı və hörmət görmüşlər. Universitet rəhbərliyi bu insanların yetişməsində və çalışmasında daim yardımçı olmuşdur.
    Hal-hazırda universitetdə tutduğu vəzifəyə layiq olmayan çoxlu şəxslər vardır. Hal hazırda rektor vəzifəsini icra edən Zəfər Qurbanovun bu şəxslərlə məşğul olmağa nə vaxtı yoxdur, nə də gücü çatmır.
    Məhərrəm Hüseynov bu  şəxs  uzun müddət dekan  işləmişdir. 2009-cu ildən  "Maliyyə və iqtisadi nəzəriyyə" kafedrasının  müdiridir.  Korrupsiya üstündə bir dəfə bıçaqlanmış,12 bıçaq zərbəsi vurulmuş, amma yenə də korrupsiya əməllərinə davam etməkdədir.
    Asəf Qasımov, bəli, İqtisadiyyat fakültəsində Asəf deyilən “kaşelyok” ləqəbli  dekan var. İmtahanlar  başlayan kimi tələbələrdən pul yığmağa başlayır, pul  müqabilində tələbələri aylığa buraxır. Onun dekan olduğu fakültədə korrupsiya pik həddə çatıb.
                Musa Bayramov keçmiş rektor İbrahim Cəfərovun yaxın adamlarından biridir. Onun kafedra müdiri təyin olunması rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif  maddi maxinasiyalara  qol çəkməsi ilə bağlı idi. Musa  Bayramovun adı  həm  narkotika  alverində, həm  korrupsiyada, həm də  plagiatda hallanır. Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub. Musa Bayramov illər  əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə  birləşdirib və mənimsəyib, əvəzində elmi rəzalət yaradaraq “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı  ekologiyasından praktikum” adlı dərs vəsaitinə çevirib. İllər əvvəl isə bu əməlinə görə kafedra müdirliyindən qovulub. Və onun həmin kafedra müdirliyinə ilk seçkisində elmi adı və elmi dərəcəsi də olmayıb, sadəcə baş müəllim olub.
         Telman Musayev bu şəxs Musa  Bayramovun yaxın dostudur, həm də  ADAU-nun  tələbə qəbulu üzrə məsul katibidir. Onun adı da Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta  diplom satışında, habelə müxtəlif valideynləri aldadıb, onlardan pul alaraq  guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul  etdirəcəkləri  ilə  bağlı  yalandan vədlər verməkdə  hallanır. Əgər  abituriyentlər  ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların  bu nailiyyətini Musa Bayramov və Telman Musayev öz adına çıxır, DİM-də  tapşırdığını  iddia edir. Əks halda isə valideynlərə, narahat olmayın, bir az gözləyin, həll ediləcək deyir, diplomunu verdirəcəm deyir.
         Aydın İsayev- bu şəxs 5-ci sinif həcmində elementar savadı olmayan  bir adamdır, ayaqqabı alverçisi olmağına baxmayaraq həm də kafedra müdiridir. Əlavə dil bilmir, kompyuterdən başı çıxmır, elektron resurs tanımır, lakin  vaxt gələcək o da müdafiə edib professor olacaq və kurs işini daha baha qiymətə satacaqdır.  Çünki,  onu  ancaq  satmaq,  alver maraqlandırır. Aydın İsayev kafedra müdiri olmaq üçün kifayət qədər pul verdiyi üçün istəyir ki, bir ildə verdiyi pulu çıxartsın (kursavoy satır, magistrlərdən pul yığır, kafedrada deyirlər “ölü can” saxlayıb pulunu alır).
    Famil Nəsibov - ötən ay  korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olundu. Baytarlıq fakültəsinin dekanı, professor idi. Korrupsiyaya  Qarşı  Mübarizə  İdarəsinin  əməkdaşları  onun  üstündə 7000 manat pul tutmuşdu, hətta üstündə nömrəli pullar aşkar olunmuşdu. Həbs olunmasından bir neçə gün sonra dərhal ev dustaqlığına buraxıldı. İndi bu şəxs ev dustaqlığında olmasına baxmayaraq, şəhədə istədiyi kimi gəzir və yenidən dekan olmaq iddiasındadır. Famil Nəsibov əslən göyçəli  olmaqla Xaçmaz Rayon İcra Başçısı Elnur Rzayevlə  dayıoğlu, bibioğludur. Elnur  Rzayevin digər qardaşı Bayandur Rzayev Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisidir. Bütün bu göyçəliləri İnam Kərimov ətrafına yığıb. Famil  Nəsibov həm də  ADAU-nun yeni rektor əvəzi Zəfər Qurbanovun yaxınıdır.
                Nazim  Nadirov  universitetdə kafedra müdiri işlədiyi dövrdə maşın trakor parkını tamamilə satıb dağıtdı. Tələbələrdən külli miqdarda rüşvət yığdı. Rektor əvəzi Zəfər Qurbanovun yanında  iclas zamanı  öz kafedra yoldaşı, professor Qurban Əliyev bu şəxsi  elmdən  bixəbər, alverçi və rüşvətxor kimi xarakterizə etdi. Bu adam  İnam  Kərimov tərəfindən  göyçəli olduğu üçün  Aqromexanika Elmi Tədqiqat İnstitutuna  direktor  təyin olunmaq  üzrədir. Digər  tərəfdən Nazim Nadirov keçmiş icra başçısı Elmar Vəliyevin də qohumudur. Belə ki, Nazim Nadirovun bibisi  Hərbi Prokuror Xanlar Vəliyevin həyat yoldaşıdır.
         Bir müddət bundan öncə Tədris şöbəsinin müdiri Elay Zeynallı, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mehman Kərimov, Elm şöbəsinin müdiri Elçin Nəsirov və Gəncə Dövlət Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun əxlaqsız işlərlə məşğul olması xəbəri kütləvi informasiya vasitələrində yayımlanmışdı. (https://azinforum.az/cəmiyyət/adau-da-nələr-bas-verir/ ) Bu şəxslər sabiq rektor  İbrahim Cəfərovun hal-hazırda universitetdə olan agentləridir. Bunlar demək olar ki, hər gün İbrahim Cəfərovun yanına gedir, universitetdə  baş verənlərlə  bağlı  onu  məlumatlandırır. Bir neçə gün  bundan  öncə  İbrahim  Cəfərovun iş yerində keçirilən yubiley tədbirlərində də iştirak etmişlər.
         Bu siyahını yenə də uzatmaq olar. Bir Universitetdə ki, ayaqqabı satan, narkotik satan, kartof  satan, ət satan, dovğa satan, alma satan və paltar satan kadrlar kafedraya – təhsilə və elmə rəhbərlik edir, onda buradan  heç nə gözləyə bilmərik. Çünki, yaxın gələcəkdə də bu şəxslər  elmlər doktoru, professor olacaqlar. Bu şəxslərin Uni­versitetdə çalışması belə Azərbaycan Dövlət Aqrar Universitetinə  hörmətsizlikdir, təhqirdir, bu şəxslərlə, bu kadrlarla hansı təhsildən danışmaq olar?
         Cənab Prezident!  Bu  gün  Azərbaycan  Dövlət  Aqrar Universitetinin idarə olunmasında böyük problemlər var. Zəfər Qurbanov  bunların öhdəsindən gələ bilmir və bu şəxslərə gücü çatmır.
         Xahiş edirik,  bu barədə ölçü  götürülməsi  üçün  əlaqədar təşkilatlara lazımi göstəriş verəsiniz. 
p.s Yazıda adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq.
                                                        шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024