Karusel / Slayd / Redaktor seçimi (30-10-2022, 19:07)
Hicran Valehov BAŞ DƏMİRYOLÇU niyə ola bilmədi?
Azərbaycanda nazir, yaxud komitə sədri vəzifəsi boşalanda xeyli sayda namizəd o kreslo uğrunda ölüm-dirim savaşına çıxır.Mediatv.az-a verilən məlumata görə, Cavid Qurbanovdan sonra beş ay boş qalan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postu uğrunda, sədr vəzifəsini icra edən Hicran Valehov və digərləri arasında son günlərədək ciddi yarış gedib.
İlk öncə onu qeyd edək ki, sədr vəzifəsini icra edən Hicran Valehov ona göstərilən etimadı doğrultmadı. Nəinki dəmir yolunda idarəetməni təşkil edə bilmədi, hətta sistem daxilində bir "qruplaşma" yaratdl, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətini taleyin ümidinə buraxdı,iqtisadiyyatımızın "şah damarı" olan dəmir yolunda köklü bir islahat apara bilmədi. Cavid müəllim Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi ilə əlaqədar sahədən uzaqlaşandan sonra sistemdə yenə hərc-mərclik, özbaşınalıq hökm sürməkdə davam etdi. QSC sədri vəzifəsini icra edən ixtisasca sığorta müfəttişi Hicran Valehovun adı isə elə əvvəllər də bir çox maxinasiyalarda hallanırdı. O, Avropada biznesini genişləndirdi. Onun təsir dairəsində olan Emil Əhmədov kimi dəmiryolçu məmurlar yenə öz destruktiv amplualarında qalmaqda davam etdi.
Ancaq bütün bunlara baxmayaraq, baş dəmiryolçu olmaq iddiasından bir qarış da olsun geri çəkilmək istəmədi.Mediatv.az-a verilən məlumata görə sədr vəzifəsini icra edən Hicran Valehov hesab edirdi ki, sözün hər mənasında sədr olmaq yolunda digər adları hallanan namizədlər ona ciddi maneədir. Ona görə də Hicran Valehov bütün resurslarını işə salaraq digər namizədləri zərərsizləşdirməyə cəhd etdi. Lakin bəlkə də ona elə gəlirdi ki, işdəycələrindən yuxarı rəhbərliyin xəbəri yoxdur və çox keçmədən sədr vəzifəsinə birdəfəlik təyinat alacaq. Amma yox, bir neçə gün əvvəl dövlət başçısının Sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildi. İnanmaq istəyirik ki, tezliklə Hicran Valehovun yaratmış olduğu qruplaşma da dağılacaq və ondan müvəqqəti rəhbərliyi dövründə qol qoyduğu qanunsuzluqlara görə hesabat tələb olunacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024