İqtisadiyyat (16-05-2024, 20:15)
Elektrik enerjisini xaricə 9,4 qəpiyə satırıq – Qiymət 2 dəfə aşağı düşüb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xarici ölkələrə 856 milyon 185,8 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 47 milyon 640,3 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri 5,5 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,4 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə xaricə satılan elektrik enerjisinin həm miqdarı, həm də qiyməti dəfələrlə çox olub. Belə ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xarici ölkələrə buliki göstəricidən 3,3 dəfə çox – 2 milyard 801,8 milyon kVt/saat elektrik enerjisi satılıb. Ötən ilin ilk 4 ayında xaricə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri builki qiymətdən 2 dəfə çox – 11,2 sent (19 qəpik) olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024