Kriminal (Bu gün, 10:29)
Separatçı canilərin mühakiməsi, Zatulinin yaramazlığı, Kremlin qarnının sancısı - ŞƏRH
“Rusiya Dumasının MDB, Avrasiya inteqrasiyası məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, hakim partiyanın üzvü Konstantin Zatulinin Qarabağdakı “miatsum”çu rejimin başında duranlar haqda çıxarılan məhkəmə qərarını "qanunsuzluq" və "repressiya" adlandırması, Azərbaycanı Qarabağın “işğal”ında suçlandırması, sözügedən məhkumların buraxılması tələbi ilə çıxış etməsi qətiyyən özfəaliyyət deyil. Əslində, bu gün Rusiyanı personallaşdıracaq bir obraz axtarsaq, o, hətta MDB ölkələrinin bir neçəsində belə "persona non-grata" elan edilmiş Zatulin olacaq”.Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Onun sözlərinə görə, görəsən, Moskvada öz-özlərinə sual verirlərmi ki, Dumanın Rusiyanın MDB ilə bağlı gözləntilərinin reallaşmasına və Avrasiyada inteqrasiyanı dərinləşdirməsinə çalışmalı olan komitəsinin başında duranlardan birinin qonşu ölkələrdə, hətta guya təəssübünü çəkdiyi Ermənistanda belə bu qədər nifrətlə qarşılanmasına səbəb nədir?
“Baxın, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyana regionda sülh yarandığına görə Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı" veriləndən dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqazda vəziyyətin “mürəkkəb”liyindən dəm vurursa, bunun nə demək olduğunu anlamaq elə də çətin deyil. Zatulinin həmin mükafat haqqındakı açıqlaması da göstərir ki, Fransa parlamentindəkilər kimi, onlar da bizim regionda sülhdə qətiyyən maraqlı deyillər. Çünki bu regionda “parçala, hökm sür” erasına son qoyulduğunu görürlər”, - o vurğulayıb.
Deputatın fikrincə, Azərbaycanın son zamanlar atdığı addımlar, o sıradan Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri hərbçiləri ilə birgə keçirilən “Sülh Qalxanı–2026” əməliyyat-taktiki təlimi də onlara xəbərdarlıqdır ki, qurulan çoxkanallı təhlükəsizlik arxitekturası ölkəmizin onlardan asılılıq dərəcəsini sıfıra endirir: “Ona görə də Rusiyanın bir təmsilçisi regionda sülh prosesinin uğurla irəliləməsindən, Azərbaycanın Ermənistana neft məhsulları satmasından, getdikcə daha çox dövlətin yaranmış reallığı konkret addımlarla dəstəkləyənlər sırasına qoşulmasından narazılığını onu “mürəkkəb vəziyyət” adlandırmaqla bildirir, digəri, yəni Zatulin isə quduzcasına sərsəmləyir.
Ona görə də mən Rusiyanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq Zatulinin yaydığı bəyanatla bağlı ona etiraz notasının təqdim edilməsini tam təbii qarşılayıram. Bu, təkcə Zatulinin yaramaz davranışlarından doğan narazılıq deyil. Kremldəkilər doğrudan da Azərbaycanla normal qonşuluq əlaqəsinin qalmasında maraqlıdırlarsa, oturub düşünməlidirlər ki, nədən ölkələri bizim ən çox etiraz notası verdiklərimizin başında durur? Və əgər Rusiya vurulan sərnişin təyyarəmizlə bağlı tələbimizi yerinə yetirmirsə, oradakı soydaşlarımız yumşaq desək, diskriminasiyaya uğrayırsa, Dumanın MDB ölkələri ilə əlaqələr komitəsinin heç də sıradan olmayan bir üzvü dövlətimizə qarşı ardıcıl olaraq belə həddini aşan fikirlər səsləndirir və cəzasız qalırsa, onda Azərbaycanın həmin MDB-dəki üzvlüyünə yenidən baxmaq ehtiyacı yaranmırmı?”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026


























