Problem (Bu gün, 07:38)
“SOCAR Petroleum” QSC-dəki partlayış necə araşdırıldı?
SOCAR-ın strukturuna daxil olan “SOCAR Petroleum” QSC-nin baş ofisində 6 ildir çalışan İlahə Həsənova SOCAR-ın prezidentinə video müraciət ünvanlayıb. O, müraciətində iş fəaliyyəti dövründə qarşılaşdığı problemlərdən bəhs edib.Bizimesr.az bildirir ki, İlahə Həsənova bildirib ki, yeni təyin olunmuş mühafizə rəisi Rasim Ələkbərov onun barəsində qarayaxma və şər-böhtan xarakterli addımlar atıb, həmçinin işini icra etməsinə maneələr yaradıb. Müraciətdə “SOCAR Petroleum” QSC-nin baş icraçı direktoru Zaur Cəlilov, müavini Teymur Saracov və baş mühəndis Müşviq Abdullayevin adları hallanıb, Həsənova onların barəsində ciddi tədbirlər görülməsini xahiş edib.
Bu arada “SOCAR Petroleum” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Afaq Rza Həsənovanın müraciətini təsdiqləyib və məsələnin araşdırıldığını bildirib. Onun sözlərinə görə, daxili intizam qaydalarına uyğun aparılan ilkin araşdırmalar zamanı İlahə Həsənovanın işdə ciddi nöqsanlar törətdiyi müəyyən olunub. Xüsusilə qeyd olunur ki, Həsənova 6 il ərzində gecə növbələrinə çıxmayıb, faktiki olaraq yerinə yetirilməyən xidmətlər üçün əlavə vəsait alıb və bununla da Cəmiyyətin büdcəsinə maddi ziyan vurub.
Videomüraciətdə səsləndirilən psixoloji təzyiq iddialarına gəldikdə isə, Afaq Rza bildirib ki, adıçəkilən mühafizəçi vəzifəni cəmi 8 gündür icra edir, buna görə uzunmüddətli təzyiq iddiaları əsassız sayılır.
Həmçinin rəhbərliyin qəbul müraciətlərinə cavab verməməsi ilə bağlı iddialar da həqiqəti əks etdirmir. QSC-də rəsmi iş saatlarında edilən bütün müraciətlər aidiyyəti üzrə cavablandırılır. Şirkət bildirir ki, İlahə Həsənova barəsində əmək qanunvericiliyinə uyğun müvafiq qərar qəbul ediləcək.
Lakin, Bizimesr.az-ın apardığı araşdırma zamanı məlum olub ki, İlahə Həsənovanın qarşılaşdığı problemlərlə digər işçilər də üzləşirlər. Lakin onlar işlərini itirməkdən qorxaraq səslərini çıxartmırlar.
Mənbəyə görə, mühafizə rəisi Rasim Ələkbərov baş icraçı direktor Zaur Cəlilovun yaxın dostudur və məhz onun tərəfindən bu vəzifəyə təyin edilib. İddialara görə, rəhbərlik öncədən işləyən işçiləri kənarlaşdıraraq, daha çox özlərinə yaxın şəxsləri işə götürür.
“SOCAR Petroleum” QSC-də işə düzəlmək də müəyyən şərtlərlə həyata keçirilir və bu artıq hər kəsin bildiyi bir məsələdir. Məqsədli olaraq işçiləri müxtəlif bəhanələrlə vəzifədən azad etmək iddialarını da redaksiya olaraq araşdırırıq.
Qazaxda yanacaq daşıyan avtomobil partladı - Ölən var (VİDEO-YENİLƏNİB)
Xüsusilə diqqət çəkən məsələ 2026-cı ilin yanvarında Qazax rayonunun Xanlıqlar kəndi ərazisində baş vermiş partlayışdır. “SOCAR Petroleum” QSC-yə məxsus 7 saylı neft bazasında qeydə alınan hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Hadisənin səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl edilməməsi və lazımi tədbirlərin görülməməsi kimi göstərilir. Lakin günahkarların cəzalandırılması barədə indiyədək məlumat verilmir.
Bizimesr.az-a daxil olan iddialara görə, eyni zamanda, şirkətdə işçilərin işdən çıxarılması və ya gözümçıxdıya salınması halları da baş verir. Müraciət edən işçilər bildirirlər ki, məsul şəxslərin səviyyəsində fəaliyyət düzgün qurulmadığı üçün obyektiv problemlər həll olunmur.
İlahə Həsənovanın videomüraciəti, həmçinin partlayış hadisəsi göstərir ki, “SOCAR Petroleum” QSC-də həm işçilərin hüquqlarının qorunması, həm də təhlükəsizlik tədbirlərinin tətbiqi məsələləri ciddi narahatlıq doğurur. Şirkət rəhbərliyindən isə bu məsələlərə obyektiv yanaşmaq və aidiyyəti şəxs və strukturları cavablandırmaq gözlənilir. Təbii ki, bu baş verməyəcək, çünki, belə hallar ayda yüksək əmək haqqı alan mühafizə rəisi Rasim Ələkbərov, baş icraçı direktor Zaur Cəlilov üçün maraqsızdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 02 2026
8 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
























