Karusel (Bu gün, 18:49)
Nəsimi rayonuda Ümumdünya Şəhərsalma Forumuna bərbad hazırlıq -VİDEO

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilib. Şəhərsalma və memarlığın düzgün idarə olunması ölkənin iqtisadi, sosial, mədəni və ekoloji inkişafına birbaşa təsir göstərir. İlk növbədə, yaxşı şəhərsalma əhalinin həyat keyfiyyətini yaxşılaşdırır. Düzgün planlaşdırılmış şəhərlər daha təhlükəsiz, inklüziv və səmərəlidir. Bu il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu bu sahədə təcrübənin daha da genişlənməsinə təkan olacaq. Beləliklə, Bakı artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq.
Amma necə? O xaotik proseslər ki, ölkənin, paytaxtın tikinti sektorunda gedir, yenə təşrif buyuran xarici qonaqların əlindən tutub onların görə biləcəkləri deyil, bizim göstərə biləcəyimiz yerlərə aparmalıyıq. Yanından ötəndə xarici qonağın gözünü bağlamalı olduğumuz bir ünvanı da göstəririk:
Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsiylə 20 yanvar küçəsinin kəsişməsində “Qarant İnşaat” MTK-ya məxsus binanın birinci mərtəbəsinin ətrafına qanunsuz artırma işləri gedir. Artırma işlərinin əhatə edəcəyi ərazi yüngül konstruksiyalarla hasarlanıb, içəridə texnika işləyir. Çox güman ki, artırılacaq tikilinin binanın birinci mərtəbəsi ilə əlaqələndirilməsi üçün mövcud divarların da müəyyən nahiyələri söküləcək.
Sözsüz, bu kimi dəyişikliklər inşaat notrmalarına ziddir və əlaqədar nəzarətedici qurumlar (bizim misalda Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintiyə Nəzarət Agentliyi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlbəttə ki, Nəsimi Rayon İcra Hakimiyyəti) belə hallara yol verməməlidirlər. Axı onlar xidmət etdikləri inzibati ərazidə tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərin baxılması, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, uyğunluğa dair rəylərin verilməsi və digər sahələrdə fəaliyyət istiqamətləri olan icra hakimiyyəti orqanlarıdır.
Elxan İbrahimov ötən ilin noyabrında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunandan vur-tut 47 gün sonra vəzifəsindən azad edilənə kimi bəlkə də rayonda baş verən neqativ halların çoxunu onun üzərinə qoymaq olardı. Lakin indiki məqamda baş verənləri də yiyəsizlik adlandırmaq olmaz. Çünki Nəsimi rayonunda tikinti sektorunda tüğyan edən özbaşınalığın korrupsiya motivli olması çoxdanın reallığıdır və bu müstəvidə uzaqdan diqqəti çəkən fiqurlar mövcuddur – onlar hələ Asif Əsgərov ötən il sentyabrın 1-də keçirilmiş növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən vaxtdan Nəsimi RİH-nin başçısı vəzifəsini icra etmiş RİH başçısının müavini Zahid Xəlilov və onun ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələrdə də qeyd etdiyimiz kimi, adları çəkilən şəxslərin işi əslində qanunsuz tikililəri apran şəxslərə “səni görmüşük, sən də bizi gör” deməkdən və göz yummaqdan ibarətdir.
Redaksiya olaraq, müvafiq qurumların aşkarladığımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.
Mövzuya qayıdacağıq.
Nisa Şirvanlı
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026


























