Karusel / Redaktor seçimi (Bu gün, 16:44)
20 yaşında Avstriya, 21 yaşında London: məmur övladlarının “uğur nağılı” suallar doğurur
Dünən vəzifəsindən azad edilən Saleh Məmmədovun ailəsi ilə bağlı faktlar ictimai marağı bir daha alovlandırıb. Söhbət onun oğlu – 1997-ci il təvəllüdlü Sübhan Məmmədlidən gedir. Rəsmi mənbələr və Britaniya ədliyyəsinə aid açıq reyestr sənədləri göstərir ki, Sübhan Məmmədli olduqca gənc yaşlarında Avropanın bahalı paytaxtlarında ciddi biznes aktivlərinə sahib olub.
Mediatv.az xəbər verir ki, Sübhan Məmmədli 20 yaşında Avstriyada, 21 yaşında isə Böyük Britaniyada şirkət açaraq qısa müddətdə Londonun “ən gənc milyonerləri” siyahısında adı çəkilən şəxslərdən birinə çevrilib. Bu “sürətli yüksəliş” isə cəmiyyətdə haqlı suallar doğurur.
Britaniya Ədliyyə Nazirliyinin şirkətlər üzrə rəsmi reyestrinə əsasən, 2018-ci il 13 dekabr tarixində Sübhan Məmmədli Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin paylarını alaraq şirkətə şərik olub. Qeyd edək ki, SPLENTO LTD 2015-ci il 18 may tarixindən etibarən fotoqrafiya və vizual xidmətlər sahəsində fəaliyyət göstərir və Londonun mərkəzində – Air Street 20 ünvanında yerləşir. Bu ünvan isə təsadüfi deyil: söhbət paytaxtın ən bahalı və prestijli biznes zonalarından birindən gedir.
Ortaya çıxan əsas sual budur:
21 yaşlı bir gənc bu miqyasda biznes paylarını hansı vəsait hesabına əldə edib?
Nə Avropada uzunmüddətli biznes təcrübəsi, nə də ictimaiyyətə məlum olan iri investisiya fəaliyyəti olmayan bir şəxsin qısa müddətdə bu səviyyəyə yüksəlməsi izaha ehtiyac yaradır. Qanunvericiliyə görə, dövlət məmurlarının və onların yaxın ailə üzvlərinin gəlir mənbələri şəffaf olmalı, xüsusilə xaricdə yaradılan şirkətlər və əldə olunan sərvətlər ictimai nəzarətə açıq şəkildə izah edilməlidir. Burada söhbət şəxsi uğurdan yox, maliyyə şəffaflığı və ictimai etimaddan gedir.
“Gənc yaşda milyonçu olmaq” nağılı cəmiyyətdə sadəcə heyranlıq deyil, şübhə və narazılıq da doğurur.
Onu da qeyd edək ki, Saleh Məmmədov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli R. Vəliyevin qızı ilə ailə həyatı qurub.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026

























