Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 13:45)
 NDU-da RÜŞVƏT QALMAQALI... - İTTİHAM VAR...

 NDU rəhbərliyi halal diplomlarını vermək üçün türkiyəli məzunların hər birindən min manat tələb edir. 8 aydır diplomlarını ala bilməyən tələbələrin „Gündəlik Naxçıvan“ bildirdiklərinə görə, rüşvəti pərdələmək üçün həmin pul başqa adla istənilir – guya üç il öncə onlardan təhsil haqqı səhvən az alınıbmış.
Bu problemlə üzləşənlər əsasən tibb və əczaçılıq fakültələrinin məzunlarıdır.
Məzunlardan B. Yılmaz deyir ki, min manat 2022-ci ildə pulsuz keçirilən alt dərslər üçün istənilir:
“Illik 2 min dollar təhsil haqqı ödəmişik. İmtahandan kəsildiyimizdə bizə əlavə alt dərslər keçirilirdi. O vaxt deyirdilər ki, bu dərsləri sizə güzəşt edirik, pul ödəməyə ehtiyac yoxdur. İndi universiteti bitirmişik, deyirlər o vaxt səhv olub, bu dərslər üçün əlavə pul ödəməlisiniz, yoxsa diplom verilməyəcək. Üstündən 3 il keçib, niyə indi istəyirlər. Əgər ödənməli idisə, o vaxt almalıydılar. Rüşvət deyə istəyə bilmirlər, bu yola əl atırlar.”
Digər məzun N. Arslan deyir ki, diplom ala bilmədiyindən işsiz qalıb:
“Məzun olduqdan sonra diplomu müvəqqəti əvəz edən sənəd verdilər ki, özümüzə iş tapa bilək. Söz verdilər ki, 3 ay sonra diplomlar veriləcək.
İş tapdım, bir müddət sonra diplomun özünü tələb etdilər.Verə bilmədiyim üçün 6 ay sonra işdən çıxardılar. Universitet rəhbərliyi deyir ki, Bakı diplomları göndərməyib. Universitet rəhbərliyi bizim bununla bağlı şikayətlərimizə fikir vermir.”
Məzunlar aidiyyəti qurumlara müraciət edərək, diplomlarının tezliklə verilməsini tələb edirlər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026