Karusel (Bu gün, 13:30)
Daha bir şirkət «etibarsız təchizatçı» oldu I - Tenderlərdə cəmi 1 il iştirak edə bildi
Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların sayı artır."DİA-AZ" xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Attex Tender» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Rəsmi məlumata görə, buna səbəb - «Attex Tender» MMC-nin tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin avqust ayının 4-ə qədər qadağan edilib.«Attex Tender» MMC 2024-cü ilin dekabr ayının 28-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Novruzov Anar Bayandur oğlu olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.
Şirkət 2025-ci ildə 14 müxtəlif tenderin qalibi olub. Bu tenderlər müxtəlif hədiyyələrin, dezinfeksiyaedici malların, əkin materiallarının satılması, nəqliyyat vasitələrinin cari təmiri və s. bir-birinə yaxın olmayan fəaliyyət sahələrinə aid olub. Tenderlərin nəticəsi olaraq şirkətlə ümumi dəyəri 69 min 230 manat olan satınalma müqavilələri bağlanıb.
Aşağıdakı cədvəldə «Attex Tender» MMC-nin 2025-ci ildə qalibi olduğu tenderlərin siyahısı və imzalanmış müqavilələrin dəyəri göstərilib:
| S/N | Satınalan təşkilatın adı | Satınalma predmeti | Təklifin qiyməti |
| 1 | Naxçivan MR Ədliyyə Nazirliyi | Fasadın işıqlandırılması üçün torpağa sancılan led lampaların satınalınması ( Aparat üzrə) | 812 AZN |
| 2 | Energetika Nazirliyi | Radiatorların alınması | 650 AZN |
| 3 | Naxçivan MR Dövlət Arxiv İdarəsi | Dəftərxana ləvazimatlarının alınması | 819 AZN |
| 4 | Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi | Əkin materiallarının satınalınması | 5 726 AZN |
| 5 | Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinati | Zibil konteyneri | 11 360 AZN |
| 6 | Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi | Nəqliyyat vasitələrinin cari təmirinin satın alınması | 1 580 AZN |
| 7 | Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti | Məişət elektrik avadanlıqlarının satın alınması | 5 297 AZN |
| 8 | Şabran Rayon Yaşilliq və Təmizlik İdarəsi | Məişət tullantılarının yığılması üçün zibil qablarının satın alınması | 4 900 AZN |
| 9 | Azərbaycan Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasi | İnzibati-tədris binasının işıqlandırılması üçün mal-materialların satın alınması | 2 402 AZN |
| 10 | Azərbaycan Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasi | Yeməkxana avadanlığının satın alınması | 3 900 AZN |
| 11 | Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi | Əkin materiallarının satınalınması | 5 001 AZN |
| 12 | İmişli Rayonu İcra Hakimiyyəti | Bayram tədbirləri ilə əlaqədar malların satınalınması | 22 125 AZN |
| 13 | Gəncə Şəhər Dezinfeksiya Stansiyasi | Dezinfeksiyaedici malların satınalınması | 3 087 AZN |
| 14 | "Mingəçevir Dövlət Universiteti" Publik Hüquqi Şəxsi | Hədiyyələrin satınalınması | 1 569 AZN |
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026

























