Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-07-2021, 09:12)
Azərbaycan təbii qazı öz vətəndaşına 25, Türkiyə və Gürcüstana 22-23qəpiyə satır -RƏSMİ

 Bu ilin ilk 5 ayı ərzində Azərbaycan xarici ölkələrə 9 milyard 174 milyon 562,13 min kub metr həcmində təbii qaz satıb.

Gömrük Komitəsinin açıqladığı məlumatlara əsasən, xaricə satılan təbii qazın ümumi dəyəri 1 milyard 335 milyon 749,12 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 145 dollar və ya (247 manat) olub.

Hesabat dövrü ərzində Azərbaycan təbii qazın 1000 kub metrini Türkiyəyə 137 dollara (230 manat), Gürcüstana  131 dollara (220 manat), İrana isə 38 dollara (65 manat) satıb.Bu isə o deməkdir ki, Türkiyəyə satılan 1 kv metr təbii qazın gömrük dəyəri 23 qəpik, Gürcüstana satılan təbii qazın qiyməti 22 qəpiyə, İrana satılan təbii qazın qiyməti 6,5 qəpiyə bərabərdir.
Qeyd edək ki, bu gün Tarif Şurası əhaliyə satılan təbii qazın tariflərin artırılması barədə qərar verib. Qərara görə 1 iyul 2021-ci il tarixindən etibarən təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif 1 kub metr üçün 10 qəpik, 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Göründüyü kimi, Azərbaycanda əhali təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyə, Gürcüstana və  İrana satılan təbii qazın qiymətindən yüksəkdir./Yeniavaz.comшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024