İqtisadiyyat / Slayd (14-11-2023, 21:24)
QAZ LİMİTİ LƏĞV OLUNA BİLƏR, AMMA..
Noyabr ayında havanın temperaturu iqlim norması ilə müqayisədə yüksək olsa da, vətəndaşların qış qayığıları azalmayıb. Bakıda istilik sistemləri hələ işə salınmasa da dağətəyi, dağ kəndlərində xeyli vaxtdır evlər qızdırılır. Rəsmi məlumata görə, Azərbayanda yaşayaşış maasivlərinin 96 faizindən çox qazlaşdırılıb. Qaz isə əhalinin gəlirləri ilə müqayisədə heç də ucuz deyil.
2021-ci ilin oktyabrın 16-da Tarif Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərini sonuncu dəfə tənzimləyib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan sərfiyyat üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev bildirir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 61,0 %), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7 %) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3 %) qazdan istifadə edib.
Rəqəmlərdən belə görünür ki, ustehlakçıların üçdə ikisi 12 qəpiklik limiti keçmir. İl ərzində cəmi 1000 kub qazı yandıran abonentlərin əksəriyyəti şəhərdə, kiçik mənzillərdə yaşayır. Bölgələrdə evlərin böyük və istilik saxlama keyfiyyətlərinə malik olmaması qaz sərfiyyatının həcmini artırır. Qış mövsümündə bir ailənin aylıq istilik xərci 120-150 manatı ötür ki, bu da 12 qəpiklik limitin 1 ayda başa çatması deməkdir. Abonentlər soyuq ayların qalan günlərini kubu 20, daha sonra 25 qəpikdən ödəməyə məcburdurlar. Aşağı maaşın 345, yaşa görə müavinətin 220, minimum pensiyanın 280 manat olduğu ölkədə bu xərcləri qarşılamaq heç də asan deyil. Ona görə də qaz limiti və tarifləri vaxtaşırı keçirilən sorğuda əhalinin narazı olduğu əsas məsələlərdən biri olaraq ilk sıralarda gəlir.
Bu günlərdə Milli Məclisdə deputat Tahir Kərimli qaz limitlərinin ləğv olunmasını gündəmə gətirib. Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.
Onun deputat həmkarı Fazil Mustafa da hesab edir ki, Azərbaycanda qaz limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.
“Çünki hazırda çox insan qiymətlərin yüksək, limitin isə az olmasında əziyyət çəkirlər. Hökumətin də buna imkanları yetərlidir”, - o, mətbuata açıqlamasında deyib.Millət vəkili vurğulayıb ki, qaz limitinin vətəndaşı nə qədər çətinə saldığı hər kəsə məlumdur: “İnhsanların çoxu mövcud limiti elə yanvar-fevral aylarına qədər bitirir. Xüsusilə gəliri az olan vətəndaşlara bu, ciddi problem yaradır. Həyət evlərində yaşayan insanlar qış gəlməmiş limiti keçirlər. Bu istiqamətdə müəyyən addınların atılması vətəndaşın yükünü yüngülləşdirər”.
F.Mustafa qeyd edib ki, ən azından kasıb, həssas, yardım alan, ümumiyyətlə, dolanışıq imkanları olmayan və işsiz vətəndaşlar üçün bu məhdudiyyətin aradan qaldırılması yaxşı olardı.
“AzPolitika.info”-ya hökumət mənbələrindən daxil olan məlumata görə, qaz limitlərinin ləğv olunması ilə bağlı daxili müzakirələr gedir. Amma hələlik vahid tarifin nədən ibarət olacağına dair ümumi fikir yoxdur. Həmçinin təkliflər hazırlanaraq müvafiq instansiyalara təqdim olunmayıb.
Mənbə bildirib ki, təkliflər sırasında bütün limitlərin ləğv olunaraq qazın kubmetrinin 15 qəpikdən hesablanması da var.
“Hökumətin bu variantn üzərində dayanması aztəminatlı ailələrin əlavə xərcə düşməsinə gətirib çıxaracaq. Bu həm də istehlakçıların böyük qrupunun maraqlarına cavab verməyən bir qərar olacaq. Çünki rəsmi statsitikaya görə, abonentlərin 61 faizi qış mövsümündə 1000 kubmetr limiti keçmirlər. Belə çıxır, onlar 25 faiz qiymət artımı ilə üzləşəcələr. İnandırıcı deyil ki, hökumət cəmi 4 faizindən marağından çıxış edib, qalan istehlakçıları çətin vəziyyətə salsın”, - mənbə qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024