Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-10-2021, 20:36)
“Azəriqaz” rəhbərindən qiymətlə bağlı - Açıqlama

“Azəriqaz” rəhbərindən qiymətlə bağlı

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də Tarif Şurasının qərarı ilə bağlı açıqlama yayıb.

Mediatv.az xəbər verir ki, o qeyd edib ki, bu gün Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib:

“Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı.


Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırıldı. Əvvəla, onu deyim ki, həqiqətən də, tariflərə baxış qaçılmaz idi. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var.

Səbəblərdən biri budur ki, dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Yəni qurumların rentabelliyinin artırılması əsas prioritetlərdən biridir. Dayanmadan istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir.

Təsəvvür edin, 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Digər səbəblərdən biri dünya bazarında təbii qaz da daxil olmaqla, qiymətlərin yüksəlməsidir”.

Baş direktor əlavə edib ki, pandemiyanın nisbətən səngiməsinin fonunda dünya bazarında müşahidə olunan canlanma bu bahalaşmanı şərtləndirən amillərdən biridir:

“Xırda bir statistikaya fikir verin: Cari ildə sənaye sahələrində istehsalın bərpa olunması dünya bazarında qazın qiymətinə əsaslı şəkildə təsir etdi. İlin əvvəlində 1000 kubmetri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda isə 600 dollara yaxın olub. Sentyabr ayında birjalarda 1000 kubmetri 700 dollara qalxan qazın qiyməti oktyabr ayında rekord həddə - 1200-1400 dollar aralığına yüksəlib.

Üstəlik, neft və qaz avadanlıqlarının qiymətindəki artım da maya dəyərinə kifayət qədər təsir edir. Beləliklə, bu artımların bütün xidmət sahələrinə təsiri tarif məsələsini məcburi şəkildə gündəmə gətirdi.

İnanıram ki, iqtisadi asılılığın aradan qaldırılması xidmət sahələrində faydalı iş əmsalına xeyli təkan verəcək”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024