İdman (19-10-2014, 21:31)
Daha 9 alpinistin cәsәdi tapılıb
Qar fırtınası və uçqun fəlakətində ölənlərin sayı 39-a yüksəlib.
Nepalda qar fırtınası və uçqun fəlakətində ölənlərin sayı 39-a yüksəlib. 300-dən çox alpinistin köməksiz qaldığı olayda ölənlərin sayının daha da artması ehtimalı narahatıq yaradır. Himalay dağlarında həftənin əvvəli baş verən uçqun fəlakətindən sonra xilasetmə işləri davam edir. Alpinistlərdən daha 9 nəfərinin cəsədi tapılıb. Nepalın bu günə qədər yaşadığı ən ağır alpinistlik fəlakəti olan hadisədə 289 nəfər azad edilib. Lakin 20 -25 nəfərin hələ də dağda köməksiz durumda qaldığı bildirilir. Helikpterlərlə davam edən axtarış- xilasetmə işləri 5700 metr hündürlükdə davam edir. Xilas olunan alpinistlərin bir çoxunun bəzi əzalarının donduğu bildirilir. Ölən alpinistlər arasında Nepal, İsrail, Kanada, Hindistan, Slovakiya və Polşa vətəndaşları da var.
