Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (8-12-2015, 13:28)
Nərimanov rayonunda mini futbol turnirinin açılış mərasimi keçirildi- FOTOLAR

Nərimanov rayonunda mini futbol turnirinin açılış mərasimi keçirildi- FOTOLAR

 

Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turnirinin açılış mərasimi keçirildi.

 

Mediatv.az xəbər verir ki, bu gün Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında  Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol üzrə rayon turnirinin açılış mərasimi keçirilmişdir.

Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirakçıları salamladı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb qeyd etdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Çıxışının sonunda bütün iştirakçılara uğurlar arzuladı.

Qeyd edək ki, turnirdə 11 komanda iştirak edəcək: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompüter Kollecin, Bakı Sosial Pedaqoji Kollecin və Bakı Kooperasiya Kollecin komandaları. Turnir 5 gün davam edəcək və sonda qalib gəlmiş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqdır.

 

 Nərimanov rayonunda mini futbol turnirinin açılış mərasimi keçirildi- FOTOLAR
Nərimanov rayonunda mini futbol turnirinin açılış mərasimi keçirildi- FOTOLAR
Nərimanov rayonunda mini futbol turnirinin açılış mərasimi keçirildi- FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024