Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-06-2015, 20:52)
Bakının Nərimanov rayonu Avropa Oyunlarına hazırdır

Nəcəf Novruzov: “Bir idmançı və Azərbaycan vətəndaşı kimi İlk Avropa Oyunlarının Bakıda keçirilməsi məni çox sevindirir”

Paytaxt Bakının idmanın mərkəzi Nərimanov rayonu sayılır. Əksər idman mərkəzləri, idman təşkilatları və qurumlarının çoxu məhz bu rayonda yerləşir. Görünür, elə buna görədir ki, paytaxtın Nərimanov rayonu “Bakı-2015” I Avropa Oyunlarına daha yüksək səviyyədə hazırlaşıb. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində rayon ərazisində abadlıq, quruculuq, tikinti və bərpa işləri yüksək səviyyədə həyata keçirilib. Rayon ərazisində yerləşən istirahət guşələri və parklarda da yenidənqurma işləri aparılıb. Bir sözlə, I Avropa Oyunlarına hazırlıqlar çərçivəsində Nərimanov rayonunda aparılan tədbirlər daha çox diqqət mərkəzindədir.
Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovla müsahibəmiz də elə mövzudadır. Həmsöhbətimiz özü də idmançıdır, uzun müddət yüngül atletika növü ilə məşğul olub, iki dəfə Bakı şəhər çempionu və bir dəfə isə respublika ikincisi olub. Düz 15 ildir ki, Nərimanov rayon Gənclər və İdman İdarəsində çalışan Nəcəf Novruzov rayon idmançılarının hazırlıq səviyyəsinə yaxşı bələddir:


- İndi rəhbəri olduğum idarədə 2000-ci ildən fəaliyyətə başladım. Artıq 4 ildir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıram. Yeganə idarə rəisi olaraq ölkə başçısının sərəncamı ilə “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif olunmuşam. İlk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsinə gəlincə, çox sevindirici haldır ki, bu beynəlxalq yarışlar ölkəmizdə keçirilir. Bir idmançı və Azərbaycan vətəndaşı kimi İlk Avropa Oyunlarının Bakıda keçirilməsi məni çox sevindirir. Ona görə ki, ilk məşəl Bakıda yandırıldı. Sonrakı Avropa Oyunlarının ilk məşəli də yenə Bakıda yandırılacaq. Bu gündən sonra da Avropa Oyunlarına od Azərbaycandan gedəcək. Buna biz sevinməliyik, qürur hissi duymalıyıq ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Avropa Oyunları ilə əlaqədar nə qədər turistlər, idmançılar və qonaqlar Azərbaycana gələcək. Onlar oyunlarda iştirak etməklə yanaşı, qədim tarixi abidələrimizlə, eləcə də Azərbaycanın qədim milli mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlar. Vətənimizin keçmişi, dünəni və bu günü ilə maraqlanacaqlar, xalqımızın qonaqpərvərliyinin, zəngin mədəniyyətə malik olduğunun canlı şahidlərinə çevriləcəklər. Biz isə xarici ölkələrdən gələn idmançılarla yaxından tanış olacağıq, idmançılarımız dünyanın tanınmış idmançılarının təcrübələrindən bəhrələnəcək, onlarla yaxından tanış olacaqlar, sıx dostluq münasibətləri yaranacaq. İyunun 12-də İlk Avropa Oyunları bütün dünyanın gözü Azərbaycanda başlayacaq. Bu gün biz özümüzü dünyanın gözündə görürük. Buna görə də möhtərəm prezidentimiz cənab İlham Əliyeva, eləcə də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfili, millət vəkili Mehriban Əliyeva minnətdar olmalıyıq. İlk Avropa Oyunlarının paytaxtda keçirilməsinə nail olublar. İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, Bakı şəhərində, eləcə də regionlarda böyük abadlıq, tikinti və quruculuq işləri aparılıb. Artıq Bakı tanınmaz olub, bölgələr isə müasirləşib, cənnətə çevrilib.

- Avropa Oyunlarına necə hazırlaşmısınız? Nə qədər idmançılarınız bu oyunlarda təmsil olunacaq?
- I Avropa Oyunlarında rayonumuzu idmanın 9 növü üzrə, yəni yüngül atletika, sərbəst güləş sanbo, boks, stolüstü tennis, akrobatik gimnastika, cüdo və karate üzrə 32 idmançımız təmsil edəcək. İndiyədək Avropa və Dünya Çempionatlarında idmançılarımız tərəfindən 280 medal qazanılıb. Beynəlxalq idman yarışlarına da əksər idmançılar da Nərimanov rayonundan gedib. Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi istiqamətində rayonda seçilmiş könüllülər üçün mütəmadi olaraq seminarlar, görüşlər, söhbətlər, dəyirmi masalar və bir sıra tədbirlər keçirilib, eləcə də mütəmadi olraq gənc idmançılarla görüşlərin keçirilməsini təşkil edilib. Avropa Oyunlarının hazırlığı ilə bağlı gənclər və gənc idmançılarla maarifləndirmə işləri aparılıb.

- Rayonda idmanın vəziyyəti nə yerdədir?
- Rayon ərazisində 64 böyük idman qurğusu fəaliyyət göstərir. 1500-dən çox tamaşaçı zalı tutan 3 böyük futbol stadionu var. Milli Olimpiya Kompleksinin, Gənclər və İdman Nazirliyinin, İdman Akademiyasının rayonumuzda yerləşməsi də göstərir ki, Nərimanov idman rayonudur. Digər rayonlardan fərqli olaraq, Nərimanov rayonunda 8 idman məktəbi fəaliyyət göstərir. Eləcə də Dövlət Proqramı çərçivəsində bu il rayon ərazisində 2 məhəllələrarası futbol meydançasının da inşası nəzərdə tutulub. Özəl idman qurğuları da rayonda fəaliyyət göstərir. Ölkə başçısının iştirakı ilə keçən il təzə tikilmiş İdman Tibb Sağlamlıq İnstitutunun açılışı olub və istifadəyə verilib.

- Rayonda nə qədər gənc və yeniyetmə idmanla məşğul olur? Bir sözlə, idmanla bağlı hansı tədbirlər keçirmisiniz?
- Rayonda 67 min nəfər yeniyetmə və gənc qeydiyyatdadır. Ümumiyyətlə, rayon ərazisində yerləşən idman qurğularında 22 min nəfər idmanla məşğul olur. Həmin idmançılar da Bakı, respublika, Avropa və dünya çempionatlarında uğurla çıxış edirlər. Əldə edilən uğurlara görə Bakı şəhəri üzrə Nərimanov rayonu “İdman rayonu” seçilib. 11 yanvar - 15 fevral 2015-ci il tarixdə Nərimanov rayon məktəblərinin XXVII spartakiadasının proqramına daxil olan basketbol üzrə rayon birinciliyi keçirilib. Yarışda qızlar arasında rayonun 9 məktəb komandası tərkibində 108 nəfər məktəbli iştirak edib. Yarışın nəticəsinə görə, I yerə 82 saylı məktəbin komandası, II yerə 47 saylı məktəbin komandası və III yerə isə Məktəb-Lisey Kompleksinin komandası layiq görülüblər. Eləcə də oğlanlar arasında isə 13 məktəb komandası tərkibində 156 nəfər məktəbli iştirak edərək I yerə Məktəb-Lisey Kompleksinin komandası, II yerə 82 saylı məktəbin komandası və III yerə isə 7 saylı Peşə Liseyin komandası çıxıb. Yanvarın 16-da Milli Qəhrəman Fərid Əhmədovun ad günü ilə bağlı dama üzrə rayon turu, 29 yanvar tarixində “2 fevral-Gənclər günü”nə həsr edilmiş “şahmat” üzrə rayon turu, fevralın 6-da Məktəb-Lisey Kompleksində Milli Qəhrəman Mübariz İbrahimovun ad günü münasibətilə şahmat üzrə rayon turları keçirilib. Eyni zamanda, 10-15 fevralda Məktəb Lisey Kompleksində “Düzgün idman uğurun açarıdır!” idman festivalı çərçivəsində mini futbol turu, fevralın 25-də DOSAF turunu, “26 fevral-Xocalı soyqırımının 23-cü il dönümünə” həsr edilmiş “Güllə atıcılığı üzrə rayon turniri təşkil edilib. 26 fevral-3 mart 2015-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının stadionunda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Yarışda I yeri Məktəb-Lisey Kompleksinın komandası, II yeri 82 saylı məktəbin və III yeri 212 saylı məktəbin komandaları tutublar. Eləcə də martın 10-18-də AZDBTİA-nın stadionunda “atletika” dördnövçülüyü” üzrə keçirilən rayon birinciliyində qaliblər Rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyələr və fəxri diplomlarla təltif edilib. Bu cür yarışlarımız çox olub. Eləcə də may ayında ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş güllə atıcılığı, mini futbol, şahmat, dama yarışları keçirilib. Eyni zamanda, rayon ərazisində açıq birincilik cüdo yarışı, peyitbol yarışı keçirilib. Bundan başqa, Avropa və dünya çempionatlarında vəsiqə qazanmış idmançılarla mütəmadi görüşlər keçiririk. 
- I Avropa Oyunları çərçivəsində idmanın hansısa növü üzrə Nərimanov rayonunda oyunlar keçiriləcəkmi?
- Avropa Oyunları proqramına daxil olan “Kamandan ox atma” idman yarışı Nərimanov rayonunda keçiriləcək. Bununla əlaqədar Tofiq Bəhrəmov adına Stadion yenidən qurulub və beynəlxalq satandartlara cavab verən səviyyədə təmir olunub. İlk Avropa Oyunlarının ən dəqiq oxatanları iyunun 16-dan 22-dək qızıl medal uğrunda yarışacaqlar. Yarışlar Tofiq Bəhramov adına Stadionda keçiriləcək. Bakı Avropa Oyunlarının formatı 64 kişi və 64 qadın rekursiv kaman kateqoriyası üzrə fərdi və komanda yarışlarında, eləcə də qarışıq komanda yarışlarında iştirak etmə imkanı verəcək. Ümumilikdə 5 medal yarışı olacaq. “Bakı 2015” Avropa Oyunları oxatma üzrə yarışan idmançılara Rio-de Janeyroda 2016 Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları təklif edir.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025