Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (11-07-2015, 14:17)
Bayrağımızı təhqir edən gürcülərdən ən böyük qisasımız

“İdman arenasını siyasi şou meydanına çevirməyə ehtiyac yoxdur"

 

“Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr, Tbilisidə olduğu kimi, Qəbələ şəhər stadionunda da öz işlərini gördülər”. 
Bunu iyul ayının 9-da "Qəbələ" futbol klubu ilə “Dinamo” arasında baş tutuan matçda baş verənlərə münasibət bildirən klubumuzun rəhbərliyi bəyan edib. ("Qəbələ" futbol klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Dinamo" (Tbilisi) ilə cavab oyunu keçirib). 
Bəyanatda qeyd edilir ki, matçdan öncə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, oyunda bir qrup təxribatçı tərəfindən Gürcüstanın dövlət atributlarının təhqir olunması və siyasi şüarlar qaldırılması təxribat işinin bir hissəsi kimi qəbul olunmalıdır. 
Əvvəllər də olduğu kimi, indi də bu cür hadisələr klublarımız, ölkələrimiz arasındakı sıx əməkdaşlığa, xalqlarımız arasındakı dostluğa təsir göstərməyəcək. 
Əlbətdə bu cür hadisələrin baş verməsi ürəkaçan hal deyil. Amma matçdan öncə və sonra hər iki klub nümayəndələri arasındakı xoş münasibət, rəqabətin nəticədən asılı olmayaraq, yalnız meydançada olduğunun sübutudur.
Təəssüf ki, bu klublar arasında baş verən ilk hal deyil. Belə ki, hələ iyul ayının 2-də Tiflisdə baş tutan "Dinamo" - "Qəbələ" oyununda insident yaşanıb. Yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən “Qəbələ” azarkeşlərinə hücum edib, Azərbaycanın dövlət atributu olan bayrağı təhqir edilib, tribunaya yandırıcı maddələr ataraq “Qəbələ” klubunun böyük bayrağını yandırmaq istəyiblər.
Gürcüstan klubu açıqlama yayaraq baş verən hadisədən peşmançılığını dilə gətirib. 
Gürcüstanın baş naziri İrakli Qaribaşvili təxribat törədənlərin cəzalandırılması üçün Gürcüstan Daxili İşlər Nazirliyinə tapşırıq verib.
2014-cü iyulun 31-i Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində isə Bakıda - “Bakcell Arena" stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da tribunada qonaq klubun azarkeşləri Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən pankart qaldırılmışdılar. 
Baş verənlərə münasibət də birmənalı deyil. Azarkeşlər öz əməllərinə haqq qazandırıb qisas aldıqlarını desələr də, rəsmilər atributlarının təhqirinin yolverilməz olduğunu deyirlər. 
Tiflisdə azarkeşlərin hücumuna məruz qalan Atanur Cəfərli ANS PRESS-ə açıqlamasında əslində qarşı tərəfə ən yaxşı qisasın qələbə olduğunu deyib. “Stadiona gedəndə bizim bu cür addımlar atmaq niyyəti və ya məqsədimiz olmayıb. Əslində bayrağın yandırılması, pankartlatrın açılmasını qınayırıq. Çünki bir neçə təxribatçıya görə bir dövlətin bayrağının yandırılması bizim fikrimizcə, doğru deyil”.
Azarkeş digər tərəfdən Tiflisdə yaşananları nəzərə aldıqda azərbaycanlı azarkeşlərə haqq qazandırmaya bilmədiyini də deyib. 
Millət vəkili Zahid Oruc da bayrağı yandırmaqla bəzi azarkeşlərin emosiyalarına məğlub olduqlarını deyir. Onun fikrincə, bu cür addımlar ölkəmizin, klubun səviyyəsinin aşağı düşməsindən başqa heç nəyə xidmət etmir. 
“İdman arenasını siyasi şou meydanına çevirməyə ehtiyac yoxdur. Bu uğurlu nəticələr vermir.
Gürcüstanda sabitliyin, dövlətçilik ənənələrinin qorunmasında Azərbaycanın siyasi, iqtisadi, maliyyə yardımları, nefti-qazı, orada yaşayan azərbaycanlıların əməyi olduqca böyükdür. 
“Tiflis Dinamo” böyük tarixə malik komandadır. Bu məsələdə ən yaxşı qisas “Qəbələ”nin qələbəsi oldu. Stadionda bayraq yandırılması, pankart açıqlması isə təssüf doğuran məsələdir”. 
Nəzərə alsaq ki, Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir və Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir bu cür münasibətin nədən qaynaqlandığı anlaşılmazdı. 
SOCAR Energy Georgia 2006-cı ildə qurulub. Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. 
Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır, bundan başqa ARDNŞ 3 il dalbadal (2008, 2009, 2010-cu illərdə) Gürcüstanda ən böyük həcmdə vergi ödəyən şirkət olub. Ödəniş 681 milyon dollar civarında olub. 
Ancaq 2006-cı ildə büdcə ödənişi 36 milyon, 2013-cü ildə isə 78 milyon 459
2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilib ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşür
Bütün bu yardımlara və dəstəyə baxmayaraq Gürcüstanın Azərbaycana qarşı münasibətini o qədər də isti adlandırmaq olmaz. İki ölkə arasında münasibətlərin pozulmasını istəyən qüvvələrin sayı kifayət qədər çoxdur və onlar ancaq futbol meydanı ilə kifayətlənmir. 
Ümumiyyətlə Cənubi Qafqazın bu iki dövləti arasındakı münasibətlər iki mərhələdən ibarətdir. Birinci mərhələ - 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. Ancaq 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. 
Heydər Əliyev 1999-cu ildə Tiflisə səfərə edərək azərbaycanlıların yaşağıdığı Marneuli rayonuna getdi və narazı əhali önündə çıxış edərək iki ölkənin dost-qonşuluq şəraitində yaşayacağını dedi. “Son vaxtlar bəzi məsələlərlə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər. Amma bilin ki, burada yaşayan azərbaycanılar, bizim həmvətənlərimizdir və Gürcüstan vətəndaşlarısınız”.
Ümumilli liderin çoxsaylı cəhdlərindən sonra iki ölkə arasında münasibətlər tədricən düzəlməyə başladı. 
İnanırıq ki, bu cür hadisələrə yol verənlər hər iki ölkədə aşkar ediləcək və layiqli cəzalarını alacaqlar. (ans press)
шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024