Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-05-2014, 11:12)
Prezident “SOCAR-Georgia“ şirkətinin inzibati binası ilə tanış oldu


İlham Əliyev Tiflisə səfəri çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olub.

 

Dövlət başçısı “SOCAR-Georgia” şirkətinin inzibati binasına da baş çəkib.
Mediatv.az  “Trend”-ə istinadən xatırladır ki, 2012-ci ilin 19 sentyabr tarixində ARDNŞ-in Gürcüstandakı mərkəzi ofisinin təntənəli açılış mərasimi olub. Mərkəzi ofisin binası ARDNŞ-in Azərbaycandan kənarda yerləşən ən böyük inzibati binası olub özündə çirkətin Gürcüstan Nümayəndəliyi, "SOCAR Energy Georgia" MMC başda olmaqla SOCAR-a tabe törəmə şirkətləri cəmləşdirir.
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin inzibati binasının tikintisi məqsədilə şirkətin Gürcüstan Nümayəndəliyi 2006-cı ildə Tiflis  şəhərinin 300 Araqveli küçəsi, 24 ünvanında yerləşən binanı və ona bitişik 4178 kvadrat metr sahəni birbaşa satış yolu ilə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən alıb.
Bakıda İçərişəhərdə yerləşən Qız Qalasını xatırladan yeni ofısin layihəsi "Kobulia brother and Partners" arxitektura fırması tərəfindən hazırlanıb. Binanın layihələndirmə və inşaatı işlərinə 2009-cu ildə başlanıb və 2012-ci ildə tamamlanıb. Binanın ümumi sahəsi 17 600 kvadrat metr təşkil edir. Binanın layihələndirmə və inşaatına 1000 nəfərdən çox mütəxəssis cəlb olunub.
Tikintinin əsas podratçısı Türkiyənin "System İnşaat" şirkəti olub. Bina A, B, C, D və E bloklarından ibarətdir. А, В və С bloklarında ofis sahələri təşkil edilərək, 350-dən çox əməkdaşın və xidmət personalının çalışması üçün rahat şərait yaradılıb və ən yüksək beynəlxalq standartlara cavab verir. D blokunda yeməkxana və 25 ədəd avtomobil üçün nəzərdə tutulmuş yeraltı qaraj mövcuddur. E blokunda isə texniki sahə yerləşir.
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin binası ən müasir avadanlıqlarla təchiz olunmuş mürəkkəb texniki tikintidir. Sözügedən bina Tiflis şəhər meriyası tərəfindən təşkil olunmuş "Memarlıq Mükafatı 2011" beynəlxalq müsabiqəsində "Realizə olunmuş ictimai tikinti" nominasiyasının qalibi olub. Açılış ARDNŞ-in Gürcüstan bazarına daxil olmasının 5 illiyinə təsadüf edərək nailiyyətlər və gələcəyə inkişafı simvolizə edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024