Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (13-11-2014, 20:22)
Ziya Məmmədov və Kəmaləddin Heydərovun gips maxenasiyaları - fakt və rəqəmlər

Ziya Məmmədov və Kəmaləddin Heydərovun gips maxenasiyaları - fakt və rəqəmlər

 

 

İlkin hesablamalara görə, gips ixrac edənlər müqavilə qiymətini az göstərməklə hər il vergidən 10 milyon manat gizləyirlər.
Turan İA Cənubi Qafqaz ölkələrinin gömrük və statistik məlumatları əsasında müəyyən edib ki, ixracatçılar gömrük strukturlarının köməyi ilə gipsin ixrac qiymətini 10 dəfə azaldır.
Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə 128 626,8 ton gips ixrac edilib. Bu, 2012-ci ildəkindən 0,9% çoxdur. Gömrük sənədlərinə əsasən, ixracatçılar bu əməliyyatlardan 2013-cü ildə 1 milyon 867,4 min dollar qazanıb. Demək, malın tonu gömrükdə 14 dollara sənədləşib. 2012-ci ildə bu rəqəm 15,21 dollar olub.
Dövlət Statistika Komitəsi gömrük xidmətinə istinadən bildirir ki, 2012-2013-ci illərdə və bu il bütün ixrac Gürcüstanın payına düşüb. Gürcüstanın Statsitika xidməti öz saytında (www.geostat.ge) idxal-ixracın fiziki həcmini açıqlamır. 2009-cu il üçün belə məlumatlar var.
2009-cu ildə Gürcüstana 62,8 min ton gips daxil olub. Gürcüstanın Statsitika xidmətinə görə, 1 ton gips 78,1 dollara sənədləşib. Həmin ildə Azərbaycan gömrüyündə Gürcüstana 34 248,2 ton gips ixrac edildiyi bildirilir. Malın ümumi qiyməti $661 min və ya tonu 19,3 dollar göstərilir. Bu isə Gürcüstan sərhədindəkindən 4 dəfə azdır.   
Gürcüstan 2012-2013-cü illərdə 20,6 və 23,9 milyon dollarlıq gips idxal edib.
Ermənistan Statsitika xidmətinin 2013-cü ildə ticarət dövriyyəsi barədə hesabatı da maraqlıdır. Ötən il bu ölkəyə 21 min ton gips idxal edilib. Bir ton gips Ermənistan gömrüyündə 187,8 dollara sənədləşib. Müqayisə üçün deyək ki, bir ton qablaşdırılmış gips Azərbaycanda 200 dollardır..
Azərbaycan Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında ölkədə 143,1 min ton gips istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 30,9% azdır. Məhsulun cəmi 58,4%-i (83,6 min ton) satış üçün nəzərdə tutulub. Bu ilin I yarısında gips ixracı həcmi 62,4 min ton olub. İxracatçılar satışdan $1 mln 83,7 min mədaxil olduğunu bildirir. Gürcüstan Statsitika xidməti 9 ayda 18,9 milyon dollar məbləğində gips idxalı barədə məlumat verir.
Azərbaycanda əsas gips istehsalçıları “Garant Holding” və “Gilan Holding”dir. Hər iki holdinqin müəssisələri Goranboyda yerləşir. “Garant Holding”ə məxsus “Goranboy Gips”in gücü məlum deyil.  Gilan Goranboy Gipsin istehsal gücü ildə 300 min tondur. “Gilan Holding”in gips-karton istehsalı müəssisəsi var."Garant-Holding" nəqliyyat naziri Ziya Məmmədova, "Gilan-holdinq" fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024