Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (10-07-2015, 16:50)
UEFA “Qəbələ”ni cəzalandırdı – Siyasi bannerlərin nümayişinə görə

1q

 

“Qəbələ”nin Serbiyanın “Çukariçki” komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyunu Bakıda keçirilə bilər.

Mediatv.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan klubunun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin cəzalar tətbiq edəcəyi gözlənilir. Həmin cəzalar stadionda siyasi bannerlərin nümayişi və Gürcüstan bayrağının yandırılması ilə əlaqədar tətbiq olunacaq. Eyni zamanda, arenada portativ (gəzdirilən) tribuna da quraşdırılıb ki, bu da UEFA tələblərinə ziddir.
F.Nəcəfov qərarın yaxın günlərdə açıqlanacağını bildirib: “Məndə olan məlumata görə, Tbilisidə Boris Payçadze adına stadionunda keçirilmiş ilk görüşdə gürcüstanlı azarkeşlərin siyasi banner nümayiş etdirməsi səbəbindən “Dinamo”ya 20 min avro cərimə kəsilib. Bizi də UEFA-dan cəza gözləyir. Portativ tribunanı isə ləğv etmək üçün gec idi. Çünki artıq həmin sektora bilet satılmışdı. Bütün bunlar üzündən, stadionumuz cəza tədbiri kimi qapadılsa, “Çukariçki”ni Qəbələdə yox, Bakıda qəbul etməli olacağıq”.
Klub rəsmisi deyib ki, Qəbələ şəhər stadionu cəzalansa, “Çukariçki”ni UEFA-ya ikinci ev arenası kimi təqdim etdikləri Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər. Amma bu zaman ilk oyunun səfərdə yox, evdə keçirilmə variantı gündəmə gələcək: “Çünki “İnter”lə biz eyni vaxtda rəqiblərimizi Bakıda qəbul edə bilmərik. UEFA-nın qaydaları buna yol vermir. Ona görə də iyulun 16-da ya biz, ya da “İnter” ilk oyunu səfərdə yox, evdə keçirəcəyik”.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri iyulun 23-də keçiriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024