Hadisə (22-04-2018, 20:00)
Bakı metrosunda qadın özünü qatarın altına atıb
Bu gün “Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.
Mediatv.az xəbər verir ki, bu barədə Unikal.org-a hadisə yerində olan əməkdaşı məlumat verib.
Hadisə təxminən 12:50 radələrində baş verib.
Belə ki, “İçərişəhər – “Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı qatar “28 May” stansiyasına daxil olarkən 30-35 yaşlarında qadın özünü qatarın altına atıb. O, relslərin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. İntihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
İntihar edən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.