Hadisə / Karusel (26-09-2017, 12:21)
Azərbaycanda faciə: 6 yaşlı uşaq poliklinikada öldü
Bərdə rayonunda azyaşlı xəstəxanada dünyasını dəyişib.
Mediatv.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün mərkəzi uşaq xəstəxanasında qeydə alınıb.
6 yaşlı Səma Vəlizadə yüksək hərarətlə valideynləri tərəfindən xəstəxanaya gətirilib. Bundan iki saat sonra uşaq həyatını itirib.
Həkimlərin bildirdiyinə görə, azyaşlı xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır olub. Bütün tibbi yardımlar göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağın valideynləri isə azyaşlının ölümündə həkimləri günahlandırırlar.
Ziyafət Əliyeva – Uşağın nənəsi: “Tibb bacısı uşağa iynə vurdu. Gördüm ki, uşağın qılçaları xal-xal olub, qara ləkələr əmələ gəlir. Tibb bacısına çığırmışıq ki, uşağın qılçaları ləkə töküb. Dedi ki, qızdırmadandı. Tərləyəndə keçəcək. Əhəmiyyət vermədi getdi. İynə otağına gedəndə uşaq əlimizdə keçindi”.
Faktla bağlı araşdırma aparılır.