Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-07-2017, 14:21)
Bakıda polis polkovnikinin oğlu piyadanın üstündən keçdi

Bakıda polis polkovnikinin oğlu piyadanın üstündən keçdi

 

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Mediatv.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı, “Mercedes Sprinter” markalı avtomaşının sürücüsü sərxoş halda yolu keçməyə çalışan kişini vurub. 

Zərbənin təsirindən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn, 24 yaşlı Əhədin sürdüyü “Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. Qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.

“Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov unikal.org-a açıqlamasında bildirib ki,  oğlu hadisə ilə bağlı hazırda istintaqa ifadə verir: “Əvvəla, oğlum icarəyə götürdüyü “Porsche Cayenne” markalı avtomobillə qəza törədib. O gecə işə gedən zaman hadisə baş verib. Avtobus yolu keçmək istəyən piyadanı vurub, atıb bunun sürdüyü avtomobilin qabağına. Gedib yoxlatdıra da bilərsiniz. Hazırda oğlum istintaqa ifadə verir. Mən özüm iş başındayam və hadisəyə heç bir müdaxilə etmirəm. Hesab edirəm ki, hadisə övladımın günahı ucbatından baş verməyib. Bütün hallarda istintaqın işinə mən necə müdaxilə edə bilərəm? Obyektiv araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək”.

Hikmət Kərimov deyib ki, övladı tələbədir və ona məxsus “Hyundai ix20” markalı avtomobili var: “Bunu gedib yoxlatdıra da bilərlər”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024