Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Kriminal (18-06-2017, 23:04)
Daşkəsəndə məmurlar ağır qəzaya düşdülər

Daşkəsəndə məmurlar ağır qəzaya düşdülər

 

aşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mediatv.az Report-a istinadan xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Hundai Sonata" markalı avtomobillə "Niva" markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. 

Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Xəsarət almış digər yaralı isə "Niva" markalı avtomobildə olmuş YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur. Hadisə zamanı onun həyat yoldaşı, gəlini və nəvələri də nəqliyyat vasitəsində imiş.

Yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, biri isə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir. Qəzanın F. Cəfərlinin sükan arxasında olarkən ürək tutmasından baş verdiyi bildirilir. F.Cəfərlinin səhhətində problem olduğundan o, bu yaxınlarda ürək əməliyyatı keçirib. 

Faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024