Hadisə / Slayd (19-03-2017, 10:23)
Ermənilərlə “Sadval”ın törətdiyi 19 mart terraktından 23 il keçir
Bu gün 19 mart 1994-cü il tarixində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında törədilmiş qanlı terraktdan 23 il ötür.
Mediatv.az xəbər verir ki, 19 mart saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşür.
Partlayış nəticəsində 14 nəfər həlak olur, 49 nəfər yaralanır.
Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev da olur.
İstintaq nəticəsində, “Sadval” separatçı təşkilatının üzvləri həbs olunur, istintaq zamanı məlum olur ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilib.
Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunur, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarır, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunurlar.
Allah terror qurbanlarına rəhmət etsin!