Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (29-06-2016, 15:50)
Metronu partladan "Sadval"çı ömürlük həbsdə qalmaq istəmir

 

1994-cü il mart ayının 19-da “20 Yanvar” metrostansiyasında partlayış törətməkdə təqsirləndirilən şəxslərdən Rahib Məhsinov yenidən məhkəməyə müraciət edəcək.

 

Mediatv.az-ın məlumatına görə, onun vəkili Ali Məhkəmənin Plenumuna R. Məhsinovun barəsində hökmün ləğv edilməsi barədə şikayət ərizəsi hazırlayır. Şikayət yaxın günlərdə məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, 1994-cü il mart ayının 19-da “20 Yanvar” metrostansiyasında qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metro stansiyasının tavanı bəzi hissələrdə çöküb.

 
Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının üzvləri həbs edilib. İstintaqın nəticələrinə görə terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli idilər və hazırlığı bu ölkədə keçiblər. Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib. Onlardan Rahib Məhsinov I dərəcəli Ali Məhkəmənin Kollegiyasının hökmü ilə ömürlük olaraq azadlıqdan məhrum edilib. O, hazırda Qobustanda yerləşən həbsxanada cəza çəkir. 

APA

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024