Dünya (19-08-2016, 09:25)
Türkiyədə son sutka ərzində 11 nəfər terror aktlarının qurbanı olub
Türkiyədə ötən sutka ərzində törədilən silsilə terror aktları nəticəsində 11 nəfər həlak olub, 226 nəfər yaralanıb.
Mediatv.az: APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, ötən gün Van əyalətində polis məntəqəsi yaxınlığında törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 73 nəfər yaralanıb.
Ötən gün daha bir partlayış səhər saatlarında Ələqız şəhərində polis idarəsi qarşısında törədilib, azı 3 nəfər ölüb, 146 nəfər yaralanıb.
Bundan başqa, ölkənin cənub-şərqində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində 4 hərbçi həlak olub, 7 nəfəri yaralanıb. Daha bir təhlükəsizlik əməkdaşı güllələnərək öldürülüb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.