Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (14-11-2015, 13:32)
Rusiya Bakıya “yox” dedi

92754

“Ötən gün Rusiya kütləvi informasiya vasitələrində Rusiyanın idman naziri Vitali Mutkoya istinadən Azərbaycan hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün onlara müraciət etdiyini, lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb. Vitali Mutkonun Rusiya mediasına verdiyi açıqlamanın jurnalistlər tərəfindən təhrif olunduğunu düşünərək daha dəqiq məlumatın əldə edilməsi məqsədilə Rusiya İdman Nazirliyinə sorğu göndəriləcək”.

Mediatv.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən yaydığı məlumatda bildirilir.

“Qətiyyətlə bildiririk ki, heç bir halda Azərbaycan hökuməti, habeləGənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib. Azərbaycan İlk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb” – deyə məlumatda deyilir.

Açıqlamada qeyd olunur ki, Azərbaycanın növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur: “Eyni zamanda bildiririk ki, bu, Avropa Olimpiya Komitəsinin, ora daxil olan Milli Olimpiya komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir. İkinci Avropa Oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialını və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır”.

 * * * 

Şimal qonşumuz II Avropa Oyunlarınına ev sahibliyindən imtina etdi.
Rusiya Avropa oyunlarını keçirməkdən imtina edib. Ans press-in məlumatına görə, bunu Rusiyanın idman naziri Vitali Mutko deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Avropa oyunlarının Moskvada keçirməsi ilə bağlı Rusiyaya müraciət etsə də, müsbət cavab almayıb.
“Bakı bizdən Avropa Oyunlarınını keçirməyi xahiş edib, çünki başqa heç bir ölkə buna razı olmur. Lakin biz də imtina etdik”, – deyə nazir jurnalistlərə açıqlamasında bildirib.

Vitali Mutko – Rusiya Federsiyasının idman naziri

İlk Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçirilib. Oyunlardan bir neçə ay keçsə də, hələlik ikinci dəfə bu yarışın hansı ölkədə olacağı bəlli deyil. 2019-cu ildə İkinci Avropa Oyunlarının keçirilməsi üçün ilk olaraq, Niderland ərizə ilə müraciət etsə də, daha sonra ev sahibliyi etməkdən imtina edib.
Hollandiya hökuməti Oyunları bir şəhərdə keçirmək əvəzinə, müxtəlif şəhər bələdiyyələrinə təkliflərlə müraciət edib. Məlumatlara görə, bəzi bələdiyyələr maliyyə çətinliyi səbəbindən bu təklifə “yox” deməli olublar.
Oyunun təşkilatçıları daha öncə maraqlarını ifadə etmiş beş ölkəyə müraciət edəcəklərini bildiriblər. Təşkilatçılar ümid edirlər ki, həmin ölkələr fikirlərini dəyişməyib və onlardan hansısa Oyunların ölkəsində keçirilməsinə razı olacaq.
Bakıdakı möhtəşəm yarışlar, açılış və bağlanış mərasimindən sonra bu oyunlara ən yaxın qonşumuz olan Türkiyədə maraq göstərdi. Belə ki, Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat bəyan etdi ki, 2019-cu ildə Türkiyə Avropa Oyunlarına ev sahibliyi edə bilər. Onun fikrincə, əgər Türkiyə II Avropa Oyunlarına namizəd olarsa Avropa Olimpiya Komitəsi buna müsbət baxa bilər.
“Türkiyədə olarsa ancaq İstanbul deyil, Mersin və Antaliyada da hazır qurğularımız var. Türkiyə istərsə Avropa oyunlarını ən aşağı vəsaitlə keçirə bilər. Burada qərar verən siyasilərdir. Əslində Türkiyənin əsas istədiyi Olimpiya oyunlarıdır. Amma düşünürəm ki, Türkiyə olimpiya oyunları üçün bir müddət dincəlib, simasını köhnəltməməlidir”.
Maraqlısı odur ki, I Avropa Oyunlarına xərclənən vəsaitlə bağlı müxtəlif fikirlər səsləndirildi. Lakin bu vaxta kimi idman yarışlarına çəkilən xərclə bağlı dəqiq məlumat açıqlanmyıb.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov ciddi müzakirə edilən bu məsələ ilə bağlı bir neçə dəfə açıqlama verib. Lakin səslənən rəqəmlərin fərqliliyi diqqətdən qaçmayıb.
Nazir 11 iyundakı mətbuat konfransında açıqlamasında ancaq dünyanı heyrana salanmöhtəşəm açılış mərasiminə sərf edilən xərcin 100 milyon manatı ötdüyünü deyib. 29 iyunda isə o açılış və bağlanış mərasimi üçün ümumilikdə büdcədə 100 milyon manat nəzərdə tutulduğunu qeyd etmişdi.


Bakı-2015-in açılış mərasimindən görüntü

Maraqlıdır, əgər heç bir ölkə Avropa Oyunlarını keçirməyə razılıq verməsə, Bakıda keçirilən bu oyunlar ilk və son kimi tarixə düşə bilərmi? Hər halda hələ qarşıda 4 il var və bu sualın cavabını tapmağa da zaman özü kömək edəcək.


Açılış mərasimi

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024