Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (20-06-2015, 19:49)
Ermənistandan Azərbaycana gətirilən məhsulların qarşısı alındı

Yoxlama zamanı malın qablaşdırıldığı qutuların üzərində markerlə erməni dilində yazılar müəyyən olunub 

 

Gömrükçülər Ermənistan mənşəli olduğuna dair kifayət qədər sübutlar olan 8 tondan artıq kənd təsərrüfatı məhsulunun ölkəyə gətirilməsinin qarşısını alıb. Mediatv.az ın Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda aşkar edilən  3 fakt üzrə 8130  kq  meyvə - ərik saxlanılıb. İlkin araşdırma zamanı gömrükçülər malıın Ermənistan mənşəli olduğunu müəyyənləşdirib. Belə ki, Gürcüstan Respublikası istiqamətindən  Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşi Süleymanov İsmayil Qoqu oğlunun idarə etdiyi  avtomobildə mənşəyi məlum olmayan, ümumi çəkisi 6300 kq ərik aşkar edilib. Yoxlama zamanı malın qablaşdırıldığı qutuların üzərində markerlə erməni dilində yazılar müəyyən olunub.

 

İkinci fakt isə Azərbaycan Respublikası vətəndaşı Kəlayev Seymur Maqsim oğlunun idarə etdiyi Ford Tranzit markalı avtomobildə aşkar edilib. Gömrükçülər avtomobildə mənşəyi məlum olmayan 630 kq ərik olduğunu müəyyənləşdirib.  Əriyin qablaşdırıldığı qutuların üzərinin Ermənistanda çap olunan erməni dilində çap məhsulları - qəzet səhifələri ilə  örtülməsi malın Ermənistan mənşəli olduğunu sübuta yetirib.

 

Azərbaycan Respublikası vətəndaşı Musayev Ağakişi Musa oğlunun idarə etdiyi Ford Tranzit markalı avtomobildən isə eyni üsulla qablaşdırılaraq, üzəri Ermənistanda çap olunan qəzet səhifələri ilə örtülən 1200 kq ərik aşkar edilib.

 

Həmin yüklərin mənşə ölkəsini müəyyən edən hər hansı sənədin olmadığına və  mənşə ölkəsinin Ermənistan Respublikası olduğuna əsas verən kifayət qədər sübutlar olduğuna görə, yuxarıda göstərilən nəqliyyat vasitələri gömrükçülər tərəfindən saxlanılaraq mənşəyi məlum olmayan malın respublika ərazisinə idxalına icazə verilməyib.

 

 

 

 
 
 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024