Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-04-2015, 14:40)
Narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alındı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları 20 kiloqramdan artıq narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, İdarə əməkdaşlarıtərəfindən Füzuli rayonu ərazisində Su Elektrik Stansiyasının qarşısından keçən maşın yolunun kənarında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələri satmaq istəyənİran İslam Respublikası vətəndaşları Aşena Murtuza Cahangir oğlu, Xəlili Səccad Əyyub oğlusaxlanılmış və onlara məxsus iki ədəd idman çantasına baxış keçirilib.
Baxış zamanı idman çantalarının birində polietilen paketlərdə qablaşdırılmış 10 ədəd dördbucaq formalı bağlamalarda, digər çantada isə eyni formalı 11 ədəd bağlamada , ümumi xalis çəkisi 20 kiloqram 390 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmə faktına görə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə İran İslam Respublikasının vətəndaşlarıAşena Murtuza Cahangir oğluvə Xəlili Səccad Əyyub oğlu şübhəli şəxs qismində tutulmuş, onlara Azərbaycan Respublikası CM-nin müvafiqmaddələri ilə ittiham elan edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024