Hadisə (21-05-2015, 09:40)
Xətaidəki yanğının tələfatsız ötüşməsinin şok səbəbi - korrupsiya
Binanın yalnız yola baxan hissəsinin üzlənməsi insanları xilas edib
Son bir ayda paytaxt Bakı şəhərində iki binada güclü yanğın baş verdi. Aprelin 10-da Xətai rayonu ərazisində iri yaşayış binasında, mayın 19-da isə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 289 N-li binada dəhşətli yanğının hansı səbəbdən baş verməsini yaradılmış dövlət komissiyası araşdırır. Lakin hər bir halda fakt faktlığında qalır ki, binaların hər ikisi tez alışan kimyəvi tərkibli penoplastla üzlüklə üzlənibmiş.
Yaşayış binalarının bu şəkildə üzlənməsinin zərərli və təhlükəli olduğunu illərdir ekspertlər bəyan edir, mətbuat yazır. Mütəxəssislər dəfələrlə xəbərdarlıq ediblər ki, yaşayış binalarında bu tez alışan materialların istifadəsi minlərlə insanın həyatını təhlükəyə atır.
Diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, Xətai rayonunda yaşayış binasındakı yanğın zamanı xoşbəxtlikdən həlak olan olmamışdı. Binəqədi rayonundakı binada yanğın isə təəssüf ki, çoxlu sayda sakinin faciəli ölümünə və yaralanmasına səbəb oldu.
Mütəxəssislərin fikrincə, nə qədər qəribə görünsə də Xətai rayonundakı binadakı yanğında insan itkisinin olmaması da dolayısı ilə korrupsiya, təmir-tikinti işlərindəki yeyinti ilə bağlıdır. Həmin bina penoplastla üzlənən zaman dövlətə kələk gəlinib, yeyintiyə yol verilibmiş. Binanın dörd tərəfdən üzlənməsi nəzərdə tutulsa da yola baxan tərəfi üzlənibmiş, binanın bloku olan arxan tərəf yoldan görünmədiyi üçün üzlənməyibmiş. Şəhərin bir çox ərazilərində bu cür “təmir” olunan binaların çox olduğunu hər kəs bilir.
Mütəxəssislər bildirir ki, Xətai rayonundakı binada yanğın binanın penoplastla üzlənən ön hissəsində baş verməsi və binanın blok olan arxa hissəsində penoplast üzlüyün yoxluğu alovun binanın çıxış hissəsini sarmaması ilə nəticələnib. Bloku alovun sarmaması sakinlərin evlərini tərk etməsi və heç bir ölüm hadisəsinin baş verməməsində rol oynayıb. Həmin bina da Binəqədi rayonundakı bina kimi dörd tərəfdən penoplastla üzlənmiş olsaydı, orada da faciə qaçılmaz olacaqdı. Şükürlər olsun ki, binanın çıxış hissəsi üzlənməyibmiş. Korrupsiyanın, yeyintinin, dövlətə fırıldaq gəlmənin nə qədər qəribə olsa da bəzən bu cür təsirləri də olur.
Artıq ölüm saçan üzlüklər şəhərin bir sıra yerlərində binalardan sökülür. Bu belə də olmalıdır. İqtisadçılar isə diqqəti bir məsələyə yönəldirlər ki, bu üzlüklər təhlükə mənbəyi olduğu üçün sökülür, bəs onların alınması, üzlənməsi üçün dövlət büdcəsindən ayrılmış yüz milyonlarla manat vəsaitin əvəzini kimsə ödəyəcəkmi.
Axı kimlərsə dövlətə, xalq vurduğu bu ziyanı ödəməlidir. Şəhərdə yüzlərlə bu cür bina var ki, həmin üzlüklər dövlət büdcəsinin hesabına oraya vurulub. Binəqədidə yanan binaya üzlük o binada ölənlərin, onların qohumlarının-qonşularının ödədikləri vergilər hesabına üzlənirdi. Dövlət vəsaitini bu şəkildə talan edən icra hakimiyyəti orqanlarından hesab sorulmalı deyilmi? Bu işlərə cavabdeh olan icra başçıları, pulu ayıran Maliyyə Nazirliyi niyə yoxa çıxıb? Hanı dövlət vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət edən Hesablama Palatası?
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024