Gündəm (15-11-2014, 16:24)
İmamverdi İsmayılovun polis oğlu barədə ilginc iddialar
Fırıldaqçı dəstə barədə DİN-ə və prokurorluğa müraciət hazırlanır
Maşın bazarı və digər salonlarda, küçələrdə satılan ikinci əl avtomobillərin sayğacının geri çəkilməsi faktları az deyil.
Burada maşın alan şəxslər, avtomobili satan tərəfindən aldadılır ki, guya satılan maşın az istismar edilib. Və beləliklə, maşını dəyərindən baha satmağa nail olurlar. Çox maraqlıdır, bu dəfə aldadılan şəxs sıradan biri yox, alıcıların hüquqlarının müdafiəsi ilə məşğul olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov olub. Onu aldadan isə millət vəkili İmamverdi İsmayılovun oğlu İlkin İsmayılovdur.
Hadisə bu ilin sentyabrında baş verib. Bu barədə Analitik.az-a açıqlama verən E.Hüseynov bildirib ki, rəhbərlik etdiyi təşkilata ictimai məqsədlər üçün avtomobil lazım olub: “Bakıdakı maşın bazarından 2-ci əl (işlənmiş) avtomobili aldıq. AİB üçün alınan KİA Sorento markalı avtomobilin buraxılış ili 2010-cu il, yürüşü 51000 km göstərilmişdi. Əvvəlki dövlət nömrə nişanı 90 FP 888 olan maşının əvvəlki sahibi Sumqayıt yol polisində çalışan İlkin İsmayılovdur. Avtomobili alan zaman göstərilən yürüşə uyğun olmaması bizim ekspertlərin diqqətini cəlb etmişdi. Amma satan adamın ciddiliyinə inanıb, maşını aldıq. Sonra isə mühərrikinin yağ “yeməsi” və sairə amillərə görə KİA servisin mərkəzi ofisinə müraciət etdik. Onda məlum oldu ki, 90 FP 888 nömrə nişanlı avtomobil 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olub və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparılıb. Bu barədə KİA servis AİB-ə komputer açıqlaması təqdim etdi.”
AİB sədri E.Hüseynov bundan sonra maşının ilkin sahibi, Milli Məclisin üzvü İmamverdi İsmayılovun oğlu, yol polisində çalışan İlkin İsmayılova zəng edib, vəziyyəti bildirmək istəsə də, deputat oğlu zənglərə cavab verməyib: “Uzun zənglərdən sonra telefona cavab verən xanım, İlkinə bizim telefon nömrəmizi verəcəyini vəd etsə də, İlkin İsmayılov bizimlə əlaqə saxlamadı. Bundan sonra bu avtomobili bizə tərifləyib satan makler Zahid Şirinovu axtardıq. “Namaz qılıram, Qurana and olsun ki, yürüş geri çəkilməyib” deyə and içən Zahid Şirinov, özünün bundan xəbərsizliyini, işinin maşını satmaqdan ibarət olmasını söylədi. Biz ona danışıq yolu ilə avtomobilin geri qaytarılıb, pulunun təşkilata verilməsini bildirəndə isə, çıxış yolunu yenə də yalvarmaqda və and içməkdə gördü.”
Eyyub Hüseynov onu da vurğuladı ki, məsələnin ciddi olduğunu bilən İlkin İmamverdiyev, sonradan qurumun Sumqayıt nümayəndəliyinin sədrinin telefonu ilə Eyyub müəllimə zəng edərək, bu işlərdən xəbəri olmadığını deyib. Amma fakt faktlığında qalır ki, deputat oğlunun maşını üzərində əməliyyat aparılaraq, digər şəxsi aldatmaq yolu ilə dəyərindən baha qiymətə satılıb.
Onu da qeyd edək ki, Azad İstehlakçılar Birliyi aldadılma faktı ilə bağlı avtomobil alverçisi, deputatın polis oğlu, yürüşü geri çəkən avtomobil ustasının ifşa olunub, cəzalandırılması üçün daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət etməyə hazırlaşır. Eyni zamanda maşın bazarında mövcud olan belə fırıldaq əməllərə qarşı mübarizə aparmaq məqsədilə tədbirlər həyata keçirmək niyyətindədir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024