İqtisadiyyat / Slayd (18-09-2014, 21:42)
“Şərurlu İsfəndiyar”- “Vertolyotum da var”
Oğlu 650 min manatlıq “Lamborghini”yə sahib olan tikinti maqnat danışdı
Oğlu 650 min manatlıq “Lamborghini”yə sahib olan tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov “Yeni Müsavat”a vertalyota sahib olmasından danışıb. İ.Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verib: “Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”
Maraqlıdır ki, bundan əvvəl bizimyol-a verdiyi açıqlamada İ.Axundov oğlunun bahalı maşına sahib olmasını ciddi-cəhdlə təkzib etmişdi.
Sitat: “Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm”.
Bir daha xatırladaq ki, “Qafqazinfo”nun əməkdaşı bu gün saytlardan birində üzərində “10-LN-200” dövlət nömrə nişanlı “Maserati” markalı avtomobilinin satış elanı ilə tanış olub.
Məlum olub ki, sentyabrın 10-da yerləşdirilən elanda maşının üzərindəki nömrə artıq çıxarılıb və avtomobil nömrəsiz satılır. O, yeni maşın aldığı üçün köhnə maşını satışa qoyub və üstündəki nömrəni isə yeni avtomobilinin üzərinə vurub. Bu da bir daha maşının onlara məxsus olduğunu göstərir.