Gündəm / Slayd (8-09-2014, 16:25)
Razim Məmmədovun “yaşıl soyqırım“ aparan şəriki bəlli oldu
Xətai rayonu Qaçaq Nəbi küçəsində aparılan "yaşıl soyqırım"la bağlı yazı dərc etmişdik
Xatırladaq ki, "Qismət-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbər şəxsləri sözügedən ünvandakı yüzlərlə ağacı kəsərək yerində göydələn ucaltmağa başlayıb. Ərazidə yaşayan sakinlər bununla bağlı rəsmi qurumlara dəfələrlə müraciət ünvanlasalar da, şirkətin həyata keçirdiyi qeyri-qanuni işlərin qarşısı alınmayıb. Məhz cəzasızlıq mühitinin olması şirkət nümayəndələrinin qeyd olunan ərazidəki digər yaşıllıqları da məhv etməsinə gətirib çıxarıb.
Belə ki, Qaçaq Nəbi küçəsi 5, 7 və 9 nömrəli binaların sakinləri tərəfindən uzun illər qulluq göstərilərək boya-başa çatdırılan ağaclar bir neçə günün ərzində qətliama məruz qalıb. Əldə etdiyimiz son məlumatlara görə, tikinti işlərinin intensivləşməsi burda yaşayan insanların vəziyyətini xeyli çətinləşdirib. Ağır yük maşınlarının və digər tikinti texnikalarının gecə-gündüz bilmədən işləməsi həm bu binaların yollarını sıradan çıxarıb, həm də vətəndaşların rahatlığını əllərindən alıb. Məlumatda qeyd olunan əsas məqamlardan biri də "Qismət-M" MMC rəhbərliyinin əmək qanunlarının tələblərini kobud surətdə pozması ilə bağlıdır: "Şirkətin sahibi əslən İmişli rayonundan olan biznesmendir. Deyilənə görə, o, paytaxtın bir neçə nöqtəsində hündürmərtəbəli bina inşa etdirib.
Maliyyə baxımından yüksək imkanlara malik olan şirkət rəhbəri puluna güvənərək yaşıllıqları məhv edib. Kəsilən ağacların yerində tikilən göydələndə işləyən fəhlə və ustaların həyatı təhlükə altındadır. İlk növbədə onu deyim ki, burda çalışan şəxslərin heç birinin əmək müqaviləsi yoxdur. Bu, ölkə qanunlarına qarşı sayğısızlığın göstəricisidir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş tikinti standartlarına qətiyyən riayət olunmur. İkinci məsələ ondan ibarətdir ki, "Qismət-M" şirkətinin rəhbərliyi fəhlələrin təhlükəsiz iş şəraitini təmin etmir. Fəhlələrin həyatı hər an risk altına düşə bilər. Onlar forma, "kaska" və digər zəruri avadanlıqlarla təchiz edilmir. Həmçinin fəhlələr iş saatından artıq işlədilir ki, bu da həmin şəxslərin əmək hüquqlarının pozulması deməkdir. Şirkət rəsmilərini fəhlələrin həyatı və sağlamlığı deyil, yalnız maddi məsələlər maraqlandırır. Avqust ayında dəhşətli istilərdə fəhlələrə istirahət verilmədi. Halbuki, müvafiq qanunvericiliyə əsasən temperatur işləmək üçün münasib olmadıqda açıq hava şəraitində fəaliyyət göstərən insanlara müəyyən müddət ərzində istirahət verilməlidir. Lakin şirkətin rəhbərliyində yer alan şəxslər fəhlələrin hüquqlarını pozaraq onları ağır şəraitdə işlətdilər. Aidiyyəti qurumların nümayəndələri burda cərəyan edən məsələlərə biganə münasibət göstərir.
Yayılan söhbətlərə görə, MMC-nin İmişli rayonundan olan rəhbəri lazımi dövlət qurumlarının səlahiyyətlilərinə yüksək səviyyədə hörmət edib və bu səbəbdən tikinti işlərinin gedişinə maneçilik yaradan yoxdur". Başqa bir məlumatda isə "Qismət-M" şirkətinin ətrafdakı digər yaşıllıq sahələrinə də göz qoyduğu bildirilir: "Qaçaq Nəbi küçəsi 5, 7 və 9 nömrəli binaların həyətində insanların rahat istirahət etmələri üçün nəzərdə tutulan yaşıllıq zolaqları məqsədli şəkildə soyqırıma məruz qalır. Tikinti işləri start götürəndən bu günə kimi yüzlərlə ağac məhv edilib. Hazırda yerdə qalan ağacların kəsilməsi istiqamətində müəyyən işlər həyata keçirilir. Belə ki, şirkətin rəhbər heyətindəki bəzi şəxslər gecə saatlarında ağacların dibinə müxtəlif kimyəvi maddələr tökürlər ki, onlar qurusun. Bu gedişlə bir neçə aydan sonra Qaçaq Nəbi küçəsi tamamilə səhralığa çevrilə bilər. Şirkət rəhbərliyi Vətən yolunda canından keçən şəhidimizin adını daşıyan parkın bir hissəsini ələ keçirib göydələn tikmək niyyətindədir. Belə bir hal gerçəkləşsə, vətəndaşlar buna ən kəskin formada etirazlarını bildirəcək. Şəhidlərin ruhuna hər birimiz hörmət göstərməliyik".
Nəzərinizə çatdıraq ki, qeyd etdiyimiz ünvanda tikinti işləri başlayan andan sakinlər müxtəlif qurumlara yazılı və şifahi formada dəfələrlə müraciət edib. Onların əsas tələbi "yaşıl soyqırım"ın dayandırılması və rahat yaşayışlarının təmin edilməsidir. Təəssüf ki, bu günə kimi rəsmi qurumlardan heç birinin nümayəndəsi sakinlərin qarşısına çıxıb onların şikayətinə qulaq asmayıb. Ümid edirik ki, bu yazıdan sonra Fövqəladə Hallar Nazirliyinin, Dövlət Əmək Müfəttişliyinin və digər aidiyyəti qurumların məsul işçiləri "Qismət-M" MMC-nin fəaliyyətini araşdırıb onların qanundankənar işlərinə son qoyacaq(gundelikbaku).
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024