Gündəm (28-06-2014, 09:49)
Putin İlham Əliyevə söz verib?
“Rusiya işğal altındakı rayonları qaytarmağa hazırdır”
Moskva ilə Bakı “qızıl orta” axtarışında; Putin Əliyevə söz verib: Azərbaycanın Avrasiya İttifaqına qoşulması qarşılığında ərazilər mərhələli şəkildə boşaldıla bilər; Bakının isə kompleks təklifi var: “Qarabağı qaytar, İttifaqda bir yerdə olaq!..”; Ermənistan çıxılmazdadır; KTMT-in İrəvan toplantısında bölgəyə rus hərbçilərinin gətirilməsi məsələsi müzakirə olunacaq...
Ermənistan və Azərbaycanın Avrasiya Birliyinə (AB) üzvlüyü məsələsi Rusiyanın Dağlıq Qarabağ ixtilafı ətrafında manevr imkanlarını əhəmiyyətli şəkildə artırıb. Regiona, ələlxüsus Bakıya rus emissarlarının artan səfərləri şübhəsiz ki, öncəliklə bu amilin şərtləndirdiyi yeni situasiya ilə əlaqədardır.
İlkin müşahidələr belə qənaətə gəlməyə imkan verir ki, rəsmi Moskva “bir güllə ilə iki dovşan vurmaqda” israrlıdır. Söhbət nədən gedir? İlk növbədə ondan ki, Kreml Azərbaycan prezidenti İlham Əliyevin AB-nin təsisçi ölkələrinin başçılarına göndərdiyi və Ermənistanla bağlı məlum məktubuna “dobro”nu boşuna verməyib.
Situasiyanın incəliyi də ondadır ki, Ermənistan Bakının tələb elədiyi kimi, quruma beynəlxalq səviyyədə tanınan sərhədlərlə daxil olmağa artıq etiraz bildirməyib. Və ya Kremlə görə bildirə bildirməyib. Rəsmi İrəvanın əsas narahatlığı qondarma “DQR”lə Ermənistan arasında gömrük postlarının qurulmasından, həmçinin separatçı bölgə ilə əlaqələrin zəifləyə biləcəyindən, ümumiyyətlə, sonuncunun təklənə biləcəyindən yanadır.
Rusiya isə Güney Qafqazda özünün yeganə forpostunun əndişəsini ciddiyə alaraq, belə görünür, Bakı ilə bu məsələ ətrafında yeni siyasi bazarlığa kurs götürüb. Əliyevin məktub-müraciətinə müsbət reaksiya verilməsi nəzəri olaraq Kremli bu bazarlığa daha ürəklə sövq edir. Yəni Bakının birinci istəyi təmin edildi, bəs qarşılığında Azərbaycan nə verəcək?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024