Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-05-2014, 19:07)
Nazarbayev: “Azərbaycan prezidentindən məktub almışıq”

Ermənistan bu gün Astanada əsası qoyulan Avrasiya İqtisadi Birliyinə (AİB) iyun ayında qoşulmaq niyyətindədir


APA-nın “Tengrinews.kz”ya istinadən xəbərinə görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya Ali İqtisadi Şurasının iclasında deyib.
 
Onun sözlərinə görə, ekspertlər səviyyəsində razılaşdırılmış iki-üç məsələnin həllindən sonra Ermənistan AİB-ə qoşulmağa hazır olacaq: “Ona görə də Ermənistanın AİB-ə qoşulmasının son həddi kimi 15 iyun tarixini göstərməyinizi xahiş edirəm. Bu məsələnin ən qısa müddətdə ölkə parlamentinin müzakirəsinə veriləcəyinə də söz verirəm”.
 
Buna cavab olaraq iclasa sədrlik edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın AİB-ə qoşulması məsələsinə iyulun 1-dək baxılmasını təklif edib. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko onunla razılaşıblar.
 
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, N. Nazarbayev toplantıda Azərbaycan prezidentindən məktub aldıqlarını açıqlayıb: “Məktubda bildirilir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına xüsusi qeydlə daxil olub. Qeyddə ÜTT-nin qaydalarının Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri daxilində qüvvədə olacağı göstərilib. Azərbaycan hesab edir ki, Ermənistan AİB-ə də ÜTT-yə daxil olduğu sərhədlər daxilində üzv olmalıdır”.
 
Qeyd edək ki, Ermənistan 2003-cü ildə ÜTT-yə üzv olan 145 ölkə olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024