Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (27-06-2014, 12:51)
Sumqayıt meri dəftərxana ləvazimatları biznesinə girişib

Eldar Əzizov şəhərdə bir neçə dükan açdırıb, tender yolu ilə alqı-satqı da həmin obyektlərdə həyata keçirilməlidir

 

Sumqayıtın icra başçısı Eldar Əzizov yeni biznes növünə girişib. 
Onun «kəşf» etdiyi yeni biznes isə dövlət büdcəsindən ayrılmış vəsaitlərin taoanması ilə yanaşı, həm də bu pulların vahid cibə axınını təşkil etmək niyyəti güdür. 
Məlumatda vurğulanır ki, Əzizovun yeni gəlir yeri dəftərxana ləvazimatlarının satışı ilə bağlıdır. Sumqayıtda bir neçə iri dəftərxana ləvazimatları satan dükanlar açan icra başçısı tender yolun ilə sözügedən məhsulların satışını təşkil edir. Verilən məlumata görə, hər il bu yolla Sumqayıtın rəhbəri yüz minlərlə manata sahib olmağı bacarıb 
Qeyd edək ki, adətən belə işlər əsasən yerli icra nümayəndələri və ya dövlət idarələrinin əliylə həyata keçirilir. Məsələn, bu yaxınlarda Hacı Zeynalabidin adına qəsəbənin İcra Nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması üçün 39110 manat pul ayrılıb. «Midiya-A» firması tərəfindən alışı təmin ediləcək bu prosesin bəhrəsini isə Eldar Əzizov görəcək. Çünki həmin pulları icra başçısının dükanında xırd ediləcək. 
Digər tərəfdən, bir qəsəbə üçün 39 min manatlıq dəftərxana ləvazimatının alınması sadəcə, büdcə pullarını silmək üçün nəzərdə tutulub. Əhalisi 10 mindən bir qədər artıq olan qəsəbədə bu qədər dəftərxana ləvazimatından istifadə olunması qeyri-mümkündür. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024