Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (8-05-2014, 10:08)
“Azərbaycan 1-2 rayonun qaytarılması şərti ilə sülh imzalamaz“

Pənah Hüseyn: "Rusiyaya güzəştə getməklə Qarabağı xilas etmək mümkün deyil".

 

 
Fərhad Mehdiyev: "Lavrov sadəcə zəng edib Sarkisyana deyəcək ki, otur oturduğun yerdə".
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanının qondarma soyqırımla bağlı ermənilərə baş sağlığı verməsi Türkiyəninin Ermənistanla sərhədləri aça biləcəyi haqqında sxz-sxhbəti yenidən gündəmə gətirib. İki gün əvvəl isə Ağdam və Füzuli rayonlarının işğal altında olan ərazilərinin boşaldılması müqabilində rəsmi Bakının Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etməyəcəyi ilə bağlı mətbuatda məlumatlar yayıldı. Həmin məlumatlarda hətta gizli qəraitdə aparılan danışıqlarda bu barədə razılaşmanın əldə olunduğu bildirilirdi.
PİA.AZ-ın əməkdaşı bu məsələ ilə bağlı sabiq baş nazir, AXP sədri Pənah Hüseynin və politoloq Fərhad Mehdiyevin fikirlərini öyrənib.
Yayılan məlumatı dəyərləndirən Pənah Hüseyn hesab edir ki, Rusiyaya güzəştə getməklə Qarabağı xilas etmək mümkün deyil. AXP sədri bildirib ki, belə olayın baş verməsinə inanmır: 
"Mən buna inanmıram. Düşünürəm ki, bu 3 dövlət sərhədləri açmaz və Azərbaycan tərəfi 1-2 rayonu görə sülhə getməz. Ermənistan tərəfinin təbii ki, vəziyəti ağırdı. Azərbaycan tərəfi 1-2 rayonu təhvil almaq ilə yaşananları unudub, sərhədləri açması inandırıcı görünmür. 
Belə söhbətlər gəzir ki, Rus qoşunları Azərbaycana gələcək. Rus qoşunlarının ölkəmizə gəlişi Azərbaycanın milli maraqlarına ziddir. Unutmaq olmaz ki, Azərbaycan erməni işğalına məhz rus qoşunları ölkəmizdə olduğu zaman məruz qalıb. Həmin vaxt bu faktor işğalın qarşısını almağa kömək etmədi.
Bundan başqa, 1992-ci ilin may ayına kimi Azərbaycanda hakimiyyətdə rusiyapərəst qüvvələr olub və həmin vaxt da işğal prosesi davam edib. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan MDB-yə, indiki Avrasiya İttifaqı və Gömrük Birliyinun analoquna daxil oldu. Lakin bundan sonra da Azərbaycanın dörd rayonu işğal edildi. Bu səbəbdən də mən rus qoşunlarının Azərbaycana gəlişinin hansısa müsbət nəticə verəcəyinə inanmır və bunu düzgün hesab etmirəm. Nə rus ordusunun Azərbaycana gəlişi, nə də Rusiyaya edəcəyimiz digər güzəştlərlə Qarabağı xilas etmək, işğaldakı torpaqlarımızın azadlığına nail olmaq mümkün deyil".
Politoloq Fərhad Mehdiyev də yayılan məlumatı bir şaiyə olduğunu bildirib: 
"Bu yalnız bir şaiyədir. Bildiyimiz kimi yaxında ABŞ yeni həll planı təqdim edəcək. Türkiyə bu məsələdə ABŞ ilə razılaşmadan addım ata bilməz və atmaz. ABŞ-ın da planının nə olduğunu görəcəyik. İkinci tərəfdən isə Ermənistanın Rusiyadan müstəqil olaraq qərar qəbul etməsi mümkün deyil. Ruslar da torpaqlarımızın boşaldılmasına razı olmayacaqlar.
Əgər belə hal olsa Rusiya-ABŞ arasındakı gərginlik indikindəndə çox olacaq. Rusiya açıq etiraz etmir, zatən etməz də. Lavrov sadəcə zəng edib Sarkisyana deyəcək ki, otur oturduğun yerdə. Azərbaycan 1-2 rayonun qaytarılması şərti ilə sülh imzalamaz".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025